Modern.az

İŞİD-in İslam məhkəməsi və dar ağacı - FOTO

İŞİD-in İslam məhkəməsi və dar ağacı - FOTO

3 Oktyabr 2014, 18:32

İraq Şam İslam Dövləti (İŞİD) terror təşkilatına qarşı icra edilən geniş diametrli əməliyyatlarda 36 kənd daha İŞİD-in əlindən alındı. Modern.az-ın xarici KİV-nə istinadən verdiyi xəbərə görə,  son əməliyyatlarda təşkilatın İslam məhkəməsi, öz qanunlarına görə edam qərarı aldığı adamları asdığı dar ağacı da ilk dəfə göstərilib.

İraqın Müdafiə Nazirliyinin yaydığı yazılı və görünüşlü məlumata görə, Səlahəddin elinə bağlı Tuzhurmatu mahalından hərəkət edərək, mahalın qərbində şiə və türkman milislərin də dəstək verməsi ilə həyata keçirilən geniş əhatəli əməliyyatlar nəticəsində İraq Şam İslam Dövləti terror təşkilatının əlində olan 36 kənd tamamilə yaraqlılardan təmizlənib.

Məlumata görə, İraq hava qüvvələrinə aid vertolyot və döyüş təyyarələrinin havadan dəstək verdiyi əməliyyatda ən az 50 İŞİD yaraqlısı öldürülüb. Tuzhurmatunun 15 kilometr qərbində yerləşən Birahmed kəndində təşkilat tərəfindən xəstəxana olaraq istifadə edilən bir məktəbdə olduqca yüksək miqdarda narkotik həb ələ keçirilib.

Digər bir kənddə isə təşkilatın İslam məhkəməsi olaraq bilinən bir binanın içində edam cəzasına məhkum edilən adamların asıldığı dar ağacı göstərilib.


Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir