Modern.az

Kəbəyə edilən hücum: “İŞİD”in sələfləri…

Kəbəyə edilən hücum: “İŞİD”in sələfləri…

5 Oktyabr 2014, 10:14

Hicrətin 15-ci əsrində baş vermiş ilk hadisə....


Dünya müsəlmanları İslam dinin buyurduğu vacib ayinlərdən biri olan Həcc ziyarətini tamamlayıb Qurban bayramını qeyd etməyə başlayıb. Səudiyyə Əərbistanı hökuməti Həcc ziyarətinin başlanmasına hələ 2 ay qalmış bölgədəki münaqişəli durumu nəzərə alaraq bütün zəvvarlara xəbərdarlıq etmişdi. Xüsusi bəyanatda qeyd olunurdu ki, müqəddəs torpaqda ictimai asayişi pozan, özbaşnalığa yol verən istənilən kəs ölkə qanunları ilə mühakimə olunaraq cəzalandırılacaq. Bu xəbərdalığın bir səbəbi də radikal “İŞİD” terror qruplaşmasının Kəbəni məhv edəcəkləri ilə bağlı bəyanatla bağlı idi.

Allah Evini dağıtmaqla hədələmə ilk dəfə səslənmir. Bu mənada 1979-cu il noyabrın 20-də Kəbədə törədilən terror aktı özünəməxsus yer tutur.
O zaman Səudiyyə Ərəbistanının Qərb dövlətləri ilə münasibətləri genişləndirməsi, liberal qanunlar qəbul etməsi radikal qüvvələr üçün qəbuledilməz idi. Onların arasında Cuheyman əl-Utaybi xüsusi yer tuturdu. 17 il Səudiyyə Əərbistanı milli qvrardiyasında zabit kimi çalışan Utaybi 1973-cü hərbi xidmətdən ayrılmış və Mədinə şəhərində İslam Universitetində dini təhsil almağa başlamaşdı. Məhz təhsil illərində o gələcək cinayət ortağı Məhəmməd əl-Kəxtani ilə tanış olub. Hər ikisi radikal sələfiliyə meyl edirdilər və qısa müddətdə silahlı yolla Səudilər sülaləsinin devrilməsi üçün plan qurmağa başlayır.

1978-ci ildə Kəxtani və əl-Utaybi kral Xalid ibn Səuda qarşı Ər-Riyadda keçirilən aksiyada həbs olunurlar. Lakin polisin qısa müddətli sorğu-sualından sonra təhlükəsiz elementlər kimi xarakterizə olunaraq azadlığa çıxırlar. Bundan 1 il sonra isə onlar bütün İslam dünyasını həyacana gətirəcək terror aktını gerçəkləşdirirlər.

 

1979-cu il noyabrın 20-si səhəri “Əl-Haram”a (“Qapalı məscid”) 500-ə qədər siahlı şəxs daxil olur. Əli dəyənəkli mühafizəçiləri asanlıqla zərərsizləşdirən terrorçular məscidi tam nəzarətə götürürlər.

Aksiyanın keçirildiyi gün də təsadüfən seçilməmişdi – 1979-cu il noyabrın 20-si Hicri təqviminə əsasən 1400-cü ilin (yeni əsrin) ilk günü idi. Terror aksiyasının gedişinə keçməzdən əvvəl vurğulanmalıdır ki, müqəddəs əraziyə daxil olan 500 nəfər arasında təkcə kişilər deyil, həm də qadınlar və uşaqlar da var idi. Səudiyə ərəbləri ilə yanaşı, aksiyada çoxlu sayda misirli də iştirak edirdi. Onlara Pakistanın və Səudiyyə Ərəbistanın bir neçə dini lideri təəsübkeşlik edirdi.

Beləliklə, 1979-cu il noyabırn 20-də səhər azanı zamanı məscidinin axundu əl-Uteybi tərəfindən mikrofondan uzaqlaşdırılır. 48 yaşlı Uteybi 50 minlik zəvvar qrupu qarşısında çıxış edərək özünü dini lider, 27 yaşlı əl Kəxtanini isə “Mehdi” elan edir. Onun sözlərinə görə, dinsizlər tərəfindən təqib olunduqları üçün müqəddəs torpaqlarda gizlənmək qərarı veriblər. Cuheyman əl-Uteybi peyğəmbər hədislərini analiz etdiyini və onun qənaətincə allahsızlar (Səudiyyə Ərəbistanı hakimiyyəti) onlara hücum edəcəyini bildirir.

”Lakin “Allahın köməklyi sayəsində hücum edənlərin hamısını torpaq udacaq” söyləyir.

Terroçular həqiqətən məscidi tutmaqla dünyanın sonunun gələcəyinə inanırdılar. Aksiyaçıların özlərinə tərəfdar toplamaq cəhdləri ilk anca da ciddi maneə ilə üzləşir. Məscid kompleskini tam nəzarətə götürmək istəyən zaman mühafizəçilərdən biri öldürlülür. Din isə müqəddəs torpaqda qan axıdılmasını ağır günah hesab edirdi. 

Məcdinin minarəsindən saatlarla çıxış edən əl-Uteybi Səud sülaləsinin hakimiyyətdən getməsini, əvəzində ədalətli İsam hökumətinin qurulmasını, avropalıların ölkəni hamılıqla tək etməsini, ABŞ-a neft satışınının məhdudlaşdırlmasını və qadınlara verilən vətəndaş hüquqlarının tamamilə ləğv edilməsini tələb edirdi.



İlk bir neçə gün Səudiyyə kralı Xalidin simasında terrorçularla danışıqlara gedildi. Eyni vaxtda məscidin silahlı yolla azad olunması planlaşdırıldırdı. Lakin ölkənin xüsusi xidmət orqanlarının hücumu uğursuzluqla nəticələndi. Belə olanda  krallıq rəsmləri Fransa, İordaniya və Pakistandan yardım istədilər. Ölkəyə peşəkar xüsusi təyinatlı dəstələr gətirildi.
Qısa müddətdə terrorçular məscidin yeraltı hissəsinə sıxışdırsı. Bundan sonra onlara qarşı Fransa xüsusi xidmət orqanlarının özləri ilə gətirdikləri zəhərli qazlardan istifadə olundu. Lakin bu plan nəticə vermədi. Nəhayət dekabrın 4-də ümumi hücum həyata keçirildi. Nəticədə 22 nəfərin ölümü, 560 nəfərin yaralanması hesabına məscid terrorçulardan azad olundu. Özünü Mehdi - “xilaskar” elan edən Məhmməd əl-Kəxtani hücum zamanı öldürüldü.



Terrorçuların başçısı əl-Uteybi isə 62 tərəfdarı ilə birlikdə sağ ələ keçirildi. Həbs olunan terroçuların 41-nin səudiyəli, 22-nin isə digər ərəb ölkələrindən gəlmə olduğu aydınlaşdı. Qısa müddətdə bütün terrorçular, o cümlədən Cuheyman əl-Uteybi ölkənin 8 ayrı şəhərində edam olundu. 

Hadisə müsəlman ölkələrində iğtişaşlarla müşahidə olundu. Paksitanda ABŞ səfirliyinə təşkil olunan hücum zamanı 2 səfirlik işçisi həlak oldu. Hindistan və İndioneziya da analoji hücumlar təşkil olundu. Sonrakı illərdə Səudiyyə Ərəbistanının məscidi azad etmə əməliyyatı ilə bağlı müxtəlif rəvayətlər yarandı. Deyilənə görə, “Əl-Haram” məscidini və Kəbəni azad etmək üçün Fransadan gələn xüsusi təyinatlılar müvəqqəti olaraq İslam dinini qəbul edib, (müqəddəs yerlərdə başqa dindən olan şəxslərin olması qadağan olduğu üçün) hücumda iştirak ediblər. Digərləri isə əməliyyatda amerikalıların iştirak etdiyini iddia edirdi.

Əməliyyat uğurla başa çatsa da, bütün müsəlmanlar üçün müqəddəs olan bir yerin terrorçuların əlinə keçməsinə görə Səudiyyə Ərəbistanının hakim ailəsi tənqidlərə məruz qaldı. Sonrakı illərdə Kəbə ətrafında təhlükəsizlik tədbirləri xeyli gücləndirildi.

Vüqar İsmayılov

Twitter
Sizə yeni tvit var
Keçid et
TƏCİLİ: Sülhməramlılar bu ərazini tərk etdi, polisimiz gəldi