Modern.az

İŞİD “Hizbullah”a hücum etdi

İŞİD “Hizbullah”a hücum etdi

Dünya

6 Oktyabr 2014, 00:07



İraq Şam İslam Dövlətini (İŞİD) dəstəkləyən Nusra Cəbhəsinin yüzlərlə üzvü Livana girib “Hizbullah” hədəflərinə hücum edib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, “Hizbullah”a yaxın mənbələr qrupun 10 fərqli bazasının təcavüz altında olduğunu deyib. “Reuters” agentliyinə danışan mənbə münaqişələrə yüzlərlə Nusra və İŞİD üzvünün qatıldığını qeyd edərkən, hücumda 16 Nusra üzvünün öldüyünü söyləyib. Bekaa vadisindəki “Hizbullah” üzvlərinin də təcavüzə məruz qalan bazalara köməyə getdiyi bildirilir.

Livanlı şiə qrup “Hizbullah” Suriyadakı daxili müharibədə Əsəd rejiminin ən mühüm müttəfiqlərindəndir. İran tərəfindən də dəstəklənən “Hizbullah” Suriyanın cənubundakı Livan qəsəbəsi Arsala və ətrafına nəzarət edir. Avqust ayında İŞİD və Nusra üzvləri sərhəddəki Arsal qəsəbəsinə basqın edib 32 Livan əsgərini girov götürmüşdü. Nusra bütün cəhdlərə baxmayaraq, 3 livanlı əsgər girovu öldürmüşdü. Modern.az  
Whatsapp
Bizə yazın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi