Modern.az

Kim ki yüz il yaşamırsa... - Kərəvizin bu faydalarını bilirdiniz?

Kim ki yüz il yaşamırsa... - Kərəvizin bu faydalarını bilirdiniz?

Aktual

8 Oktyabr 2014, 11:57


Kərəviz müalicəvi əhəmiyyəti ilə sağlamlıq üçün ən faydalı bitkilərdən biridir. Hələ qədim zamanlardan bu tərəvəzdən xalq təbabətində geniş istifadə olunub. Kərəvizdən müntəzəm istifadə edən insanlar onun orqanizm üçün nə qədər xeyirli olduğunu yaxşı bilirlər. Bu birki zəngin tərkibi ilə bir çox xəstəliklərə qarşı ən yaxşı təbii vasitədir.

Modern.az-ın məlumatına görə, kərəvizin faydalarından biri onun sinir sisteminə müsbət təsir göstərməsidir. O, qanımızda olan “stress hormonu”nun miqdarını aşağı salır.

Artıq çəkidən əziyyət çəkənlər üçün kərəviz ən yaxşı tərəvəzlərdən biri sayıla bilər. Arıqlamaq istəyənlər müntəzəm olaraq qidalanma zamanı kərəvizdən istifadə etsələr müsbət nəticə əldə edə bilərlər. Belə ki, 100 qram kərəviz yedikdə 16 kilokalori qəbul etmiş oluruq. Ancaq həmin 100 qram kərəvizi həzm etmək üçün orqanizmdən daha çox enerji tələb olunur ki, bu prosesdə insan daha çox kilokalori sərf etmiş olur.

Xüsusilə yaşlı adamlarda yaddaş problemi olanlar üçün kərəvizdən istifadə olduqca xeyirlidir.

Kişilər üçün kərəviz əvəzolunmaz tərəvəzdir. Bu bitki potensiyanı gücləndirir, cinsi fəaliyyəti normallaşdırır və prostat vəzin xəstəliklərinə qarşı profilaktikada effektli rol oynayır.

Kərəviz ürək və damar xəstəlikləri üçün də faydalıdır.

Yüksək qan təzyiqini aşağı salır.

Qaraciyərin fəaliyyətini yaxşılaşdırır.

Böyrək daşlarının tıkülməsinə şərait yaradır.

İmmun sistemini gücləndirir.

Həzm sisteminə bütövlükdə müsbət təsir göstərir.

Maddələr mübadiləsini normallaşdırır.

Ağızdan gələn pis qoxunu götürür.

Zülülların orqanizm tərəfindən mənimsənilməsini asanlaşdırır.

Mədə və bağırsaqların iltihabında ağrıları aradan qaldırır.

Kərəviz üz səpkiləri və sızanaqlara qarşı da xeyirlidir.

İştəhasızlıq problemi olanlara kərəvizdən istifadə məsləhət görülür.

Qanın zərəli maddələrdən təmizlənməsi üçün kərəvəz şirəsindən istifadə müsbət nəticə verir.

Kərəvizdən imtina etməyin. Ancaq digər faydalı qida məhsulları kimi qədərində istifadə edin ki, faydalarından bəhrələnə biləsiniz.

İlham Cəmiloğlu  

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
President göndərdi - İlk güllə atılsa, qaçacaqlar