Modern.az

“Seçildiyim bölgədə mənimlə mübarizə apara biləcək insan görmürəm”

“Seçildiyim bölgədə mənimlə mübarizə apara biləcək insan görmürəm”

29 İyul 2010, 16:21

Modern.az  saytının suallarını millət vəkili Vahid Əhmədov cavablandırır

 

 

- Vahid müəllim, siyasi ab-hava heş seçki ərəfəsində olduğumuza işarə vermir. Buna nə deyirsiniz?

- Birincisi, havalar çox isti keçir. İkincisi də Seçki Məcəlləsinə dəyişiklik edilib. Faktiki olaraq seçkilərə hazırlıq üçün seçki günündən əlavə iki ay vaxt qalır. Hardasa, sentyabr ayının 7-də sərəncam olmalıdır. Ondan sonra iki ay müddətində həm sənədvermə, həm imzatoplama, həm də digər məsələlərə başlanılacaq. Vaxt qısa olduğu üçün deyərdim ki, aktivlik hiss olunmur. Digər bir tərəfdən, yaydı. Yayda insanlar, eləcə də  siyasi rəhbərlər istirahətdə olurlar. Buna baxmayaraq, siyasi arenada müəyyən aktivlik hiss olunur. Yəni partiyalar öz aralarında danışıqlar aparırlar, birləşmək istəyirlər. Yəqin bunun da müəyyən bir nəticəsi olacaq. Mənim oxuduğum məlumatlara görə AXCP ilə Müsavat arasında danışıqlar əldə edilib. AMİP son vaxtlar çox ciddi şəkildə aktivləşib, öz sıralarına tanınmış şəxsləri dəvət etmək istəyir. Mənə elə gəlir ki, aktivlik avqustun 15-dən sonra daha qabarıq şəkildə hiss olunacaq.

- Əvvəlki seçkilərdə tez-tez şahidi olurduq ki, ölkənin əksər partiyalarından sizə təkliflər, dəvətlər gəlirdi, indi də belə hallar varmı?

- Təkliflər bütün seçkilər boyu, həmişə olub. İndi də o təkliflər var. O təkliflərin reallığı əks etdirdiyini araşdırmaq lazımdı. İndi partiyalar birləşirlər. Görək birləşib hansı şləkildə fəaliyyət göstərəcəklər. Yalnız seçki platforması vaxtı birləşəcəklər, yoxsa elə həmişəlik birləşəcəklər. Bunların hamısı sual altındadı. Çünki hələ yekun qərarlar yoxdur, siyasi rəhbərlər arasında danışıqlar gedir. İkincisi, Azərbaycanda deyərdim ki, real partiya iqtidar partiyasıdır. Hesab edirəm ki, avqust ayının 15-dən sonra çox şey aydınlaşacaq. - Sizə hansı partiyadan dəvət gəlsə qəbul edərsiniz?

- Açığı, mənim bütün partiyalarla əlaqəm var. Siyasi partiya rəhbərlərin hamısı ilə münasibətim çox yaxşıdır. Mütəmadi olaraq əlaqəm olur. Belə bir təkliflər olsa,  mən ona baxardım. Amma mənim fikrim müstəqil deputat kimi fəaliyyət göstərməkdir. Müstəqil şəxs kimi də öz naiməzdliyimi verəcəm.

- Bizdə bu müstəqillərə o qədər də müsəqil kimi baxmırlar...

- Faktiki olaraq parlamentdə 43 nəfər müstəqil deputat fəaliyyət göstərir. Amma baxanda müstəqillərdən yalnız 4-5 nəfəri mütəqil fəaliyyət göstərir. Yəni öz fikirlərini bildirirlər. İnsanları cəmiyyətdə narahat edən məsələləri qaldırırlar. Ona görə bu müstəqil də bir balaca dar çərçivədədi. Açığını deyim ki, müstəqillər daha çox hakim partiyaya yaxın insanlardı.

- Müstəqilliyiniz sizə çətinliklər yaratmır ki?

- Onsuz da həyat başdan-ayağa çətinlikdi. Həyat mübarizədi. Müstəqilliyim mənə elə bir çətinlik yaratmayıb. Ola bilər şəxsi məsələlərdə müəyyən maneələr olub. O maneələri mən hiss etmişəm. Amma təzyiqlər olsun, məni kimsə çağırsın, nəsə desin, mənim elə problemlərim olmayıb. Ancaq mən həmişə öz fikrimi bildirmişəm.

- Bizdə olan məlumatalara görə, bəzi deputatlar yerlərdə müəyyən işlərə başlayıblar. Siz necə?

- Mən rayona tez-tez gedib-gəlirəm. İnsanları qəbul edirəm. Problemləri ilə məşğul oluram. Amma təbliğata ehtiyacım yoxdur. Çünki insanlar, camaat məni tanıyır. Burada ciddi problem görmürəm. İkincisi, mən qanuna əməl edən bir insanam. Nə vaxt qanunun icrasına başlanılsa, ondan sonra mən rəsmi olaraq bu işlərlə məşğul olacam.

- Vahid müəllim bizdə məlumat var ki, Yeni Azərbaycan Partiyası bölgələrdə gizli sorğular keçirir. O bölgələrin nüfuzlu adamlarını dəqiqləşdirir. Bizim üçün maraqlıdır, Yeni Azərbaycan Partiyası sizin qarşınıza güclü bir namizəd çıxaracağı təqdirdə hansı addımı atacaqsınız. Və yaxud da Yeni Azərbaycan Partiyası sizi dəstəkləyə bilərmi?

- Məndə də belə məlumat var. Yeni Azərbaycan Partiyası iqtidar partiyası olduğu üçün mən belə hesab edirəm ki, bu addımları düzgündür. Regionlarda sorğu aparırlar, rəy sorğusu əsasında öyrənirlər ki, indiki deputatlardan kim gedə bilər və ya bunlar seçilə birlərmi, bilməzmi. Ona görə də onların atdığı addımları mən müsbət qiymətləndirirəm. Çünki bu belə də olmalıdır. Milli Məclisin 125 yeri var. O seçilən deputatlar layiqli insanlar olmalıdı. O ki qaldı mənə, mən qarşıma kimin çıxmağından asılı olmayaraq öz mübarizəmi aparacam. Heç nədən də çəkinmirən, heç nədən də qorxmuram. Mənə elə gəlir ki, Quba regionunda mənimlə mübarizə apa biləcək insan hələlik görmürəm.

- Yeni Azərbaycan Partiyası sizin namizədliyinizi dəstəkləsə, necə ola bilər?

- İstər müxalifət partiyası, istər iqtidar partiyası olsun, hamısı ilə münasibətim var. Mətbuatda vediyim fikirlərimi faktiki olaraq hamı dəstəkləyir. Yeni Azərbaycan Partiyası ilə də problemim yoxdu. Mən Yeni Azərbaycan Partiyaının üzvü deyiləm. Partiya mənsubiyyətim yoxdur.

- Amma Yeni Azərbaycan Partiyası müstəqilləri də dəstəkləyir.

- Ola bilər dəstəkləsin, burada problem yoxdur. Mən partiya namizədi kimi deyil, müstəqil namizəd kimi seçkilərə gedirəm. Amma məni istənilən partiya dəstəkləyə bilər.

 

Təhminə PAŞAYEVA

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər