Modern.az

İŞİD Türkiyəni açıq təhdid etdi

İŞİD Türkiyəni açıq təhdid etdi

Dünya

9 Oktyabr 2014, 12:32



“İraq Şam İslam Dövləti” (İŞİD) terror təşkilatı Türkiyənin ABŞ-la birgə koalisiyada iştirak etməsi səbəbindən bu ölkəni açıq şəkildə hədələyib. Modern.az xarici KİV-ə istinadən bildirir ki, Türkiyə Böyük Millət Məclisində (TBMM) Suriya və İraq sərhədləri daxilində hərbi əməliyyatların keçirilməsinə razılıq verilməsi və dünən ABŞ-ın Kobanidəki İŞID güclərinə havadan zərbələr endirməsinin ardından təşkilat Türkiyəni təhdid edib.

İŞİD-in “İslam Dövləti” xəbər adlı Twitter ünvanından açıqladığı məlumatda deyilir: “Türkiyə səlib yürüşlərində iştirak etməsinin əvəzini ağır ödəyəcək”.

Türkiyə xəritəsinin üzərinə vizual şəkildə əl bombaları qoyulduğu iddia edilən təhdid mesajında bunlar da yer alıb: “Türkiyə bu döyüşə İslam dövlətinin qarşısında girsə, toxunulmaz qalacağını zənn etməsin. Türkiyənin içində “İslam Dövləti”nin minlərlə yatan hüceyrələri var. Bizim cavabımız çox sərt gələcəkdir”.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!