Modern.az

Putin Kasparovu ələ saldı: "Ondan siyasətçi çıxmaz"

Putin Kasparovu ələ saldı: "Ondan siyasətçi çıxmaz"

10 Oktyabr 2014, 01:30

Rusiya prezidenti Vladimir Putin məşhur şahmatçı, siyasi fəaliyyətdə müxalif olan Harri Kasparov haqda deyib ki, o, o qədər də səmərəli siyasətçi deyil, ancaq Kasparovu Rusiyada yarışlarda görməyə şaddırlar.

Modern.az saytı "Azadlıq" radiosuna istinadən xəbər verir ki, Putin beynəlxalq idman təşkilatlarının rəhbərləri ilə görüşdə deyib ki, “Kasparovdan səmərəli siyasətçi hələ ki, alınmır. Ancaq o, böyük şahmatçıdır”.

Keçən həftə Yahoo-nun Xəbər bölməsinə müsahibə verən Kasparov demişdi ki, Putin "İslam Dövləti" terror təşkilatından daha təhlükəlidir.    

Putin nadir hallarda öz tənqidçilərinin adlarını çəkir. Bu dəfə isə FİDE prezidenti İlümjinovun sualına cavabında Putin Kasparov barədə danışıb.

İlümjinov deyib ki, xarici qrosmeyster Rusiyada yarışda oynamaq istəmir ki,  siyasi sabitlikdən narahatlıq var.

Putin deyib ki, hər bir xarici gəlib oynaya bilər, o cümlədən Kasparov. 

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Əliyev Putinlə görüşə gedir