Modern.az

İlham Əliyev Qəbələyə gedib

İlham Əliyev Qəbələyə gedib

Təhsil

29 İyul 2010, 18:59

st1:*{behavior:url(#ieooui) }

Azərbaycan Prezidenti İlham Əliyev Qəbələ rayonuna səfər edib. (AzərTAc). Dövlət başçısı Qəbələdə Heydər Əliyevin adını daşıyan parkda onun abidəsini ziyarət etdib. Prezident Heydər Əliyev parkında aparılmış abadlıq və yenidənqurma işləri ilə tanış olub. Dövlət başçısına bildirilib ki, müasir görünüşü ilə diqqət çəkən parkın ərazisi 2 hektardır. Yenidənqurma işləri zamanı əsas diqqət ərazidə yaşıllıqların artırılmasına yönəldilib, xüsusi suvarma sistemi quraşdırılıb. Parkda rayon əhalisinin və şəhərə gələn qonaqların istirahətinin təşkili üçün bütün şərait yaradılıb. Burada oturacaqların sayı artırılıb, ən əsası isə 4 yeni fəvvarə quraşdırılıb.

İlham Əliyev Qəbələdəki “Gilan” konserv zavodunda yaradılan yeni istehsal sahələri ilə tanış olub. Dövlət başçısına məlumat verilib ki, 12 hektar ərazidə yerləşən zavodda 100-ə qədər müxtəlif növdə qablaşdırılmış məhsul istehsal olunur. Məhsullar “Jalə”, “Bağdan”, “Aycan”, “Zolotoy sad” adlı təbii meyvə şirələri, müxtəlif tamlara malik “İce tea-Jalə” soyuq çayları, həmçinin meyvə dilimlərindən ibarət konservlərdir. Dövlət başçısı müəssisədə istehsal olunan məhsulların nümunələrinə baxıb. Bildirilib ki, zavod ildə 700 min ton meyvə emal etmək, 210 min ton meyvə şirəsi hazırlamaq gücünə malikdir. Prezident İlham Əliyev istehsal prosesini izləyib, meyvə qəbulu bölməsi və şüşə qablara məhsul dolduran xəttə baxıb. İlham Əliyev Qəbələdə “Qafqaz Riverside” hotelinin açılışında da iştirak edib. Dövlət başçısı açılışı bildirən lenti kəsib və turizm obyekti ilə yaxından tanış olub. Beşulduzlu hotel “Gilan Turizm” şirkətinə daxil olan ən böyük layihələrdən biridir. 16 hektar ərazidə yerləşən və sahəsi 2 min 250 kvadratmetr olan hotel 7 mərtəbəli əsas korpusdan və kotteclərdən ibarətdir. Burada 96-sı “Superior”, 12-si “Junior suit”, 6-sı “Deluks suit”, 4-ü “Dubleks suit” və 5-i “Kral suit” olmaqla, cəmi 123 nömrə var. Hotelin ərazisində yüksək standartlara cavab verən 38 kottec inşa olunub.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə