Modern.az

Fransada ermənilər, ruslar və çeçenlər dalaşdı

Fransada ermənilər, ruslar və çeçenlər dalaşdı

10 Oktyabr 2014, 15:02



Fransanın Marey-le-Mo şəhərində ermənilər, ruslar və çeçenlər arasında düşən davada iki kişi ağır yaralanıb. Modern.az xarici KİV-ə istinadən bildirir ki, bir tərəfdə iki erməni qruplaşması, digər tərəfdə isə ruslar ilə çeçenlər dalaşıblar. İnsident zamanı iki rus bıçaq yarası alıb. Onlar helikopterlə Parisdə və Paris regionundakı xəstəxanalara yerləşdiriliblər. Hər ikisinin vəziyyətinin ağır olduğu bildirilir.

Yaşları 16-50 arasında olan 6 erməni saxlanılıb. Davanın səbəbi hələ ki bilinmir. Mo şəhərinin polis bölməsində araşdırma aparılır.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!