Modern.az

İki prezidentin mübahisəsi dalaşmaq həddinə çatıb

İki prezidentin mübahisəsi dalaşmaq həddinə çatıb

11 Oktyabr 2014, 13:10

MDB dövlət başçılarının oktyabrın 10-da keçirilən sammitində Rusiya prezidenti Vladimir Putinin moldovalı həmkarı Nikolae Timofti arasında yaranan münaqişə az qala dava ilə nəticələnəcmiş.

Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, Moldova prezidenti Avropa İttifaqı ilə razılaşma imzalanandan sonra faktiki olaraq Moldova malları üçün Rusiya bazarının bağlanmasından gileylənib: “Belə çıxır ki, bizim ölkəmiz MDB məkanında sərbəst ticarət bazarından kənara itələnir”. Vladimir Putin isə bu arqumenti inandırıcı hesab etməyib, onun fikrincə, Avropada sənəd imzalamağın digər partnyorlarla əlaqələrə necə təsir edəcəyini əvvəlcədən düşünmək lazım idi. “Moldova harada idi?”, - Putin istehza ilə soruşub, sonra bunu əlavə edib: Biz dəfələrlə sizə müraciət etmişdik, ancaq anlaşılan cavab ala bilməmişdik”.

Jurnalistlərin məlumatına görə, Putinlə Timofti arasındakı diskussiya Tacikistan prezidentinin çıxışı zamanı da davam edib. Emomali Rahmon MDB-yə “İslam dövləti” terror təşkilatından və Əfqanıstandan təhlükə ola biləcəyindən bəhs edərkən Rusiya və Moldova liderləri daha kəskin ifadələrlə bir-birinə cavab veriblər. Əsəblərin gərginləşdiyini hiss edən Qırğızıstan prezidenti Almazbek Atambayev stolun üstündəki qələmi götürüb Belarus prezidenti Aleksandr Lukaşenkoya qeyd yazaraq göndərib. Ancaq müdaxiləyə ehtiyac qalmayıb, prezidentlər hisslərini cilovlaya biliblər.


Modern.az

 
Whatsapp
Bizə yazın!
Keçid et
Düşmənçiliyin son həddi- Təbrizdə erməni konsulluğu açılır