Modern.az

Elmlər Akademiyasında kadr dəyişiklikləri - yeni təyinatlar olub

Elmlər Akademiyasında kadr dəyişiklikləri - yeni təyinatlar olub

15 Oktyabr 2014, 23:50

 

Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin Mərkəzi Aparatında struktur dəyişiklikləri davam etdirilir. Modern.az saytı xəbər verir ki, oktyabrın 15-də Rəyasət Heyətinin iclasında qəbul olunan  qərarla aparatın Təhsil və kadrlar, Hüquqi təminat və İctimaiyyətlə əlaqələr şöbələri ləğv edilib. Ərizə və şikayətlər, Kadrlar və qanunvericilik təminatı şöbələrindən ibarət Hüquq və Kadrlar İdarəsi yaradılıb. İdarənin rəisi vəzifəsinə hüquq üzrə fəlsəfə doktoru Rasim Ağasıyev təyin edilib.

Qərarın digər bəndinə əsasən Mərkəzi Aparatın Təhsil şöbəsi yaradılıb və Nuridə Quliyeva şöbənin rəisi təyin olunub.
“Elm qəzet”i, “Elm və həyat” jurnalı, www.science.gov.az veb-portalı və İctimaiyyətlə əlaqələr şöbəsindən ibarət İctimaiyyətlə Əlaqələr və Elmin Populyarlaşdırılması İdarəsi də yaradılıb.

Bundan başqa, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərli öz xahişi ilə tutduğu vəzifədən azad olunub. AMEA Rəyasət Heyətinin digər qərarı ilə isə tibb elmlər üzrə fəlsəfə doktoru Leyla İmanova AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru vəzifəsini icra edən təyin olunub.

AMEA Rəyasət Heyətinin 15 oktyabr tarixli iclasında “AMEA-nın Xəbərləri” (Fizika-texnika və riyaziyyat elmləri seriyası) jurnalının redaksiya heyətinin yeni tərkibi də təsdiq olunub.
Eyni zamanda, jurnalın Fizika və astronomiya, həmçinin Riyaziyyat və mexanika buraxılışlarının redaksiya heyətlərinin yeni tərkibi də təsdiq edildi.

Rəyasət Heyətinin 15 oktyabr tarixdə keçirilmiş iclasında qəbul olunmuş digər qərarla AMEA İdarəetmə Sistemləri İnstitutunun elmi işlər üzrə direktor müavini vəzifəsinə texnika üzrə elmlər doktoru Oqtay Nüsrətov təyin edilib.
Digər bir qərarla Zəhra Əzizova qurumun elmi katibi vəzifəsinə təyin olunub.   

AMEA-nın Elm Tarixi İnstitutunun direktoru vəzifəsinin icrası tarix üzrə elmlər doktoru Məryəm Seyidbəyliyə həvalə edilib. 
Fəlsəfə doktoru Yusif  Şükürlü  AMEA-nın Şəki Regional Elmi Mərkəzinin direktoru təyin olunublar.

Elmin Nuri

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?