Modern.az

Eldar Quliyev: “Toylarda israfçılıq pulunu küçəyə atmaq deməkdir” - MÜSAHİBƏ

Eldar Quliyev: “Toylarda israfçılıq pulunu küçəyə atmaq deməkdir” - MÜSAHİBƏ

Müsahibə

16 Oktyabr 2014, 12:03

“Tərkibi dəyişdirilmiş ərzaq məhsulları Azərbaycanda qadağan edilir” 


Müsahibimiz Milli Məclisin Aqrar siyasət komitəsinin sədr müavini, “Azərİttifaq”ın sədri Eldar Quliyevdir.

 - Eldar müəllim, hazırda həm daxili bazarın, həm də ixracatın təmzimlənməsi istiqamətində hansı işlər gedir?

 - Bu vaxta qədər Azərbaycan məhsullarının Rusiya bazarına çıxarılması üçün müəyyən maneələr var idi. Rusiya ilə Avropa Birliyinə üzv dövlətlər arasında baş son sanksiyalardan sonra Azərbaycan üçün bu maneə aradan qalxıb.

 - Əhali arasında söhbət var ki, Rusiya bazarlarına Azərbaycanın kənd təsərrüfatı məhsullarının ixracı daxili bazarlarda bahalılıq yaradıb. Bu sahədə hansı işlər görülür?

 - Bu gün Kənd Təsərrüfatı Nazirliyi çox böyük işlər görür. Mən özüm də bəzən bazar günləri kənd təsərrüfatı məhsulları yarmarkalarında oluram.

Yarmarkalarda qiymətlər olduqca normaldır. Məhsul bolluğu da nəzərə çarpır. Kənd təsərrüfatı məhsulları mövsümi məhsullar olduğuna görə, üzü qışa doğru məhsulların qiyməti qalxır. Bu, dünyanın hər yerində belədir. 

- Azərbaycan özünü ət məhsulları ilə təmin edə bilirmi?

 - Bu gün Azərbacanda maldarlıq inkişaf edir. Statisikaya görə, 8 milyondan çox qoyun, 2 milyon yarımdan çoxiribuynuzlu heyvan var. Bizim imkanlarımız genişdir. Hansı bazara getsəniz ət satışını görə bilərsiniz. Qiymətdə də rəqabət var. Hər kəs çox pul qazanmaq istəyir. Alıcı da istəyir ki, ucuz və keyfiyyətli məhsul alsın. Yəni dediyiniz sahədə heç bir problem yoxdur.

 - Xarici ölkələr ixrac olunan məhsulların standartlara uyğun şəkildə olmasını istəyirlər. Azərbaycan məhsulları bu standartlara cavab veririmi?

 - Həmişə deyirlər ki, xaricə göndərilən məhsullar standartlara uyğun olmalıdır. Hər kəs istəyir ki, sertifikatlı, emal olunmuş, təmiz məhsullar alsın.Azərbaycanın bu sahədə son illər böyük uğurları var.

 - Sizin komitədə ərzaq təhlükəsizliyi ilə bağlı qanunvericiliyə dəyişiklik təsdiqləndi. Orada göstərilir ki, Azərbaycana tərkibi dəyişdirilmiş məhsulların gətirilməsi qadağandır. Ancaq bu gün Azərbaycanda belə məhsulların olduğu kimsədə şübhə doğurmur. Bunun qarşısı necə alınacaq?

 - Dəfələrlə bu haqda mətbuatda məlumatlar gedib. Qanunu komitədə müzakirə edib, plenar iclasa tövsiyyə etdik. Yəqin ki, Milli Məclis də təsdiqləyəcək. Bununla da Azərbaycanda bu cür məhsulların yetişdirilməsi qadağan olunacaq. Müvafiq orqanlar bu məsələyə nəzarəti gücləndirməlidirlər.  Bu gün başqa ölkələrdən Azərbaycana toxum gətirilir. Onların tərkibi yoxlanmalıdır. Kənd Təsərrüfatı Nazirliyinin nümayəndələri toxum əkilməmişdən öncə sahələrdə olmalıdırlar.

Nəzarət etməlidirlər ki, belə məhsullar əkilməsin. Hər bir vətəndaş düşünməlidir ki, bu məhsullar gələcəkdə insanın məhvinə gətirib çıxara bilər.

Aqrar sahə ölkə Prezidenti İlham Əliyevin nəzarətindədir. Qeyri-neft sektorunun inkişafı dövlətimizin əsas prioritetlərindəndir. Hesab edirəm ki, aqrar sahədə çox böyük uğurlar olacaq. Artıq rayonlarda Kənd Təsərrüfatı Nazirliyiyin şöbələri yaradılır.

Paralel olaraq bu sahədı qanunvericilikdə də dəyişikliklər edilir.

 - Son günlər mətbuatda broyler toyuqlarının xəstəlik mənbəyi olması ilə bağlı məlumatlar yer alıb. Quş yemlərinin tərkibində zərərli maddələrin olduğu qeyd edilir.  Bu kimi halların qarşısının alınması üçün hansı addımlar atılmalıdır

 - Yemlərin bir çoxu başqa ölkələrdən də gətirilir. Biz özümüzü quş yemi ilə tam təmin edə bilmirik. İnanmıram ki, bu gün sahibkar öz quşlara zərərli yem versin. Kənardan gələn məhsullar da yoxlanılmalıdır. O xəstəliklərin çoxu ancaq kənardan gəlir.

 - Yeri gəlmişkən, bir müddət öncə Bakıda kənd təsərrüfatı yarmarkalarının təşkili ilə bağlı təkliflə çıxış etmişdiniz. Bu təkliflərə reaksiya oldumu?

 - Bu gün ölkəmizdə təşkil olunan yarmarkaların çoxu üstü bağlıdır, şəraiti də normaldır. Gələcəkdə həmin yarmarkaları daha müasir görmək istəyirik. Avropa ölkələrinə getsəniz, orada başqa şərait gösrərsiniz. Çoxmərtəbəli binaların birinci mərtəbələrində belə yarmarkalar təşkil olunur. Mən bunu təklif etmişəm. Həm də bu sahədə çalışanların gigiyenik normalara cavab vermələri şərtdir.

Təmizliyə nəzarət olunmalıdır. Orada xidmət edənlər ağ xalatda olmalıdırlar. Xaricə gedəndə görürsünüz ki, satıcının əlində əlcəyi, əynində xalatı var. Təklifim belə standarrtların bizdə də tətbiq olunmasıdır.

Xaricdə yarmarka bitəndən sonra, yerdə bir çöp görə bilməzsən. Bizdə insanlar hər şeyi yerə atırlar. Axı bu, bizim şəhərdi, biz niyə öz şəhərimizi zibilləməliyik?

 - Eldar müəllim, yas mərasimlərində israfçılığın aradan qaldırılması ilə bağlı müəyyən işlər görülür. Bəs toylarda olan israfçılığın qarşısını necə almaq olar?

- Bizim ölkədə çox insanlar biri-birləri ilə bəhs edirlər. Amma insanlarımız öz pullarını küçəyə atıqlarının fərqində deyillər. Toyda o boyda xərci çəkməkdənsə, həmin dəyərdə oğluna, qızına hədiyyə alsan daha xeyirli olar.

Mən demirəm ki, toy olmasın, yaxud da toya gələn insanlara yemək verilməsin. Amma hər şeyin həddi olur. Süfrəyə qoyulan yeməklər geri qayıdırsa, artıq bu, israfçılıqdı. Bunun qarşısı mütləq alınmalıdır. İndi gündən-günə insanların maddi durumu yaxşılaşır.

Ulduz İBRAHİMOVA

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
İrəvanda Azərbaycan və Türkiyə bayraqları yandırıldı