Modern.az

“İslam Almaniyanın bir parçasıdır”- Angela Merkel

“İslam Almaniyanın bir parçasıdır”- Angela Merkel

Dünya

16 Oktyabr 2014, 17:49



Almaniya kansleri Angela Merkel İslam dininin Almaniyanın bir parçası olduğunu deyib. Modern.az xarici KİV-ə istinadən xəbər verir ki, o, ölkədə yaşayan üç milyon müsəlman üçün daha çox tolerantlıq istəyib.

"Hər kəslə eyni şəkildə rəftar edə bilmərik. Buna diqqət etməliyik. Almaniyada islamçılar İslamı təmsil etmirlər. Burada yaşayan müsəlmanların böyük əksəriyyəti açıq şəkildə, şiddətdən uzaq dayanır. Amma kim ki, Almaniyanın hüquqlarını tanımır, onda hüquqi çərçivədə cavab alır. 

Qeyd edək ki, Almaniyanın keçmiş prezidenti Kristian Vulf da 2010-cu ildə, İslamın Almaniyanın bir parçası olduğunu söyləmişdi. Bu şərhiylə Vulf müsəlmanların simpatiyasını qazanarkən, mühafizəkar almanların sərt reaksiyalarına məruz qalmışdı.  

Rüfanə GÜNƏŞ
 
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! Qarabağdakı Rusiya bayraqları belə sökülür