Avqustun 3-də Senatın xarici əlaqələr komitəsində Metyu Brayzanın Birləşmiş Ştatlararın Azərbaycanda səfir təyin olunması üzrə səsvermə keçiriləcək. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Senatın xarici əlaqələr komitəsinin sədri Con Kerri bildirib.
Amerika diaspor təşkilatları isə yenə də Brayzanın səfir təyin olunmasına etirazlarını bildirməkdədir. Amerika Erməni Milli Komitəsinin icraçı direktoru Aram Ambaryan qeyd edib ki, “Brayzanın Azərbaycana səfir təyin olunması bizim narahatlığımızı təsdiq edir. Amerika diplomatiyası üçün başqa bir diplomatın səfir təyin olunması daha effektiv ola bilərdi”.