Modern.az

Amerikalı general: “İrana qarşı hücum planımız var”

Amerikalı general: “İrana qarşı hücum planımız var”

Təhsil

2 Avqust 2010, 10:15

Amerika Silahlı Qüvvələri Baş Qərargah rəisi, admiral Maykl Millen ABŞ-ın İrana qarşı bir hücum planı hazırladığını təsdiq edib. Modern.az türk mətbuatına istinadən xəbər verir ki,  general əlavə edib ki, Pentaqonda İranla müharibənin başlanmasının o qədər də yaxşı bir iş olmadığını düşünürlər. NBS televiziyasının "Meet the Press"  proqramında çıxış edən Millen qeyd edib ki, İranla müharibə, ehtiyac yarandığı təqdirdə bir seçim vasitəsi kimi gündəlikdə durur. General hərbi planın təfərrüatlar barədə hər hansı bilgi verməkdən çəkinib.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə