Modern.az

“Nezavisimaya qazeta”: “Moskva və Bakı arasında zenit raketlərinə dair razılıq var”

“Nezavisimaya qazeta”: “Moskva və Bakı arasında zenit raketlərinə dair razılıq var”

Təhsil

2 Avqust 2010, 14:16

Rusiyada nəşr olunan “Nezavisimaya qazeta” hesab edir ki, Moskva və Bakı arasında S-300 PMU zenit raket komplekslərinə dair razılıq mövcuddur. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, Rusiya Müdafiə Nazirliyindəki mənbəyə istinadən edən “NQ” qeyd edir ki, Moskva doğrudan da Bakıya 2 S-300 diviziyasını  300 milyon dollara satmağa hazırdır. Qəzet belə bir razılaşmanın mövcudluğunu ətsdiq edən bir neçə dəlil gətirib. 

“NQ” qeyd edir ki, Tverdəki Hava-Kosmik Müdafiə Akademiyasında artıq neçə illərdir ki,  azərbaycanlı hərbçilər təhsil alır. Bundan əlavə, onlar ZRK S-300 raket komplekslərinin  də imkanlarını  öyrənirlər. Digər tərəfdən raket komplekslərinin Azərbaycana satılması məsələsini nə Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin, nə də Azərbaycanın Müdafiə Nazirliyi təkzib etməyib.   

Rusiya prezident administrasiyası rəhbəri Sergey  Narışkinin  Bakı səfərinə toxunan mənbə qeyd edir ki, o, əsasən Rusiya  prezidenti Dmitri Medvedevin Azərbaycana   sentyabr ayında gözlənilən səfərinə hazırlıq işlərini müzakirə edir. Lakin Narışkinin Bakıda zenit raket komplekslərinə dair müzakirələr aparması məlum deyil.

 Rusiyanın Cənubi Qafqazdakı qoşunlarının keçmiş komandan müavini Yuri Netkaçev hesab edir ki,  Moskva Azərbaycana İran üçün nəzərdə tutulmuş  ZRK S– 300 raket kompleksləri sata bilər. Azərbaycan zenit raket komplekslərindən istifadə etməklə Bakı-Ceyhan, eləcə də Bakının təhlükəsizliyini təmin edə bilər. 

Qəzet onu da qeyd edir ki, zenit raket komplekslərinin Azərbaycana satışı Rusiya-Ermənistan münasibətlərini kifayət qədər pisləşdirə bilər. Ermənistan Hava Hücumundan Müdafiə sistemnin  yaradılmasında Rusiyanın yeganə müttəfiqi hesab olunur.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə