Modern.az

İsgəndər Həmidov: “Hacı Əbdül yaxşı oğlandır, ancaq tövbə edəcək hərəkətim yoxdur”

İsgəndər Həmidov: “Hacı Əbdül yaxşı oğlandır, ancaq tövbə edəcək hərəkətim yoxdur”

21 Oktyabr 2014, 13:11

“Tövbə etməyimlə bağlı verdiyi açıqlamaya görə Hacı Əbdülə “çox sağ olsun” deyirəm. Mən elə bir günah işlətməmişəm ki, tövbə edəm. Tövbə etmək üçün Allahın qapısı açıqdır. Hacı Əbdülün xətrini çox istəyirəm, yaxşı oğlandır, 50 illik dostumdur. Hacı Əbdüldür də, hərdən belə açıqlamalar verir”.

Bunu Modern.az saytına sabiq daxili işlər naziri İsgəndər Həmidov  deyib.

O, vaxtilə Astarada bir evi topa tutduğu barədə Hacı Əbdülün ittihamına belə cavab verib:

“Astarada gömrük məntəqəsindən keçənləri soyurdular. Hətta Həcc ziyarətindən gələn iki maşını soymuşdular. O adamlar indi də sağdırlar. Sonra cinayətkarların qarşısını almaq üçün Baş Prokurorluq Daxili İşlər Nazirliyi ilə bir yerdə əməliyyat hazırladı. Astara rayonunun Şahağac kəndində əməliyyat keçiriləndə mən orada olmamışam. Daxili işlər nazirinin müavini ilə Baş prokurorun müavini iştirak edib. Baş prokurorun müavinin sanksiyasına əsasən, daxili işlər nazirinin müavini silah tətbiq edilməsinə göstəriş verib. Ona görə də o vaxt həbs ediləndə məni həmin hadisəyə görə ittiham edə bilmədilər”.

 

Namidə BİNGÖL

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir