Modern.az

Tabutdakı cəsəd kimə aiddir?

Tabutdakı cəsəd kimə aiddir?

21 Oktyabr 2014, 14:23


Erməni mətbuatında Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı çirkin iftiralar davam edir. Modern.az-ın məlumatına əsasən, Dilqəm və Şahbaza qarşı “qanunsuz silah gəzdirmə”, “adam oğurluğu”, “qəsdən adam öldürmə” maddələri ilə elə qanunsuz olaraq ittiham işi açılıb. Ermənilər “adam oğurluğu” maddəsini təsdiqləmək üçün oktyabrın 27-nə təyin edilmiş qanunsuz məhkəmə zamanı itkin düşmüş Smbat Tsaqanyandan istifadə etməyə çalışacaq.

Erməni mətbuatı bildirir ki,iyul ayında Kəlbəcərdə “azərbaycanlı diversant”lar tərəfindən “öldürülmüş” 17 yaşlı Smbat Tsaqanyanın yaxınları yalnız bir şey -tutulan azərbaycanlıların qondarma rejimin orqanları tərəfindən 17 yaşlı uşaqla necə rəftar edilmişdisə, eyniylə davranılmasını istəyirlər.
Öncə qeyd edək ki,Smbat Tsaqanyanın anası Karin oktyabr ayının sonlarına təyin edilmiş qanunsuz məhkəmə zamanı birbaşa Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı ölüm hökmünün kəsilməsi üçün çıxış edəcək. O,bunu erməni mətbuatına verdiyi müsahibəsində də təsdiq edir: “Okyabrın 27-də Stepanakertdə məhkəmə olacaq, biz gedəcəyik, lakin istəyirik ki, azərbaycanlılara bizim evdə, həbsxanada olmayan qərarlarımızı qəbul etdirək. Biz bununla razı deyilik, biz mənim balamı öldürən azərbaycanlıları öz əllərimizlə öldürülməli idik, bizim qəbiristanlıqların üzərində səbrlə öldürməli idik,yalnız bundan sonra bizim ürəyimiz dincələr və rahatlaşardı”.



Əsl erməni xislətini açıb tökən bu qadın rəsmən erməni qəbirləri üzərində Dilqəm və Şahbazın başlarının kəsilməsinin tərəfdarı kimi çıxış edir. Erməni vəhşiliyi bir yana, əsas məsələ həmin uşağın hansı halda itkin düşməsi və bu hadisələrin dərindən təhlil edilməsidir.

Azərbaycan Respublikası Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyası İşçi qrupunun rəhbəri Firudin Sadıqov bu məsələ haqqında doğru təhlil apararaq bildirib: “ Öncə qeyd etmək vacibdir ki, bu hadisənin lap əvvəlindən Ermənistan KİV-lərində biri-birini təkzib edən ziddiyyətli məlumatlar yayılmağa başladı. Hadisənin “inkişafı” da məhz bu ziddiyyətlərin fonunda baş verdi. Həmin tendensiya yenə də davam etməkdədir. İlkin məlumat ondan ibarət idi ki, 2014-cü il iyulun 4-də Kəlbəcərdə 14 yaşında bir erməni uşaq itib və onu guya azərbaycanlı “diversantlar” girov götürüblər.

Lakin elə həmin gün Ermənistanın Müdafiə Nazirliyi bu versiyanı qeyri-mümkün hesab etdi. Sonradan məlumat yayıldı ki, uşaq 14 yox, 17 yaşındadır. Bir mənbə uşağın atasına istinadən yazdı ki, övladı iyulun 4-də yaşadığı Bağlı Pəyə (ermənilər indi oranı Nor Erkec adlandırır) kəndində evdə tək olub. Evdən çıxıb və geri qayıtmayıb, iyulun 7-də atası polisə müraciət edib. Digər bir mənbə uşağın iyulun 7-də, başqa bir mənbə isə iyulun 10-da itkin düşdüyünü bildirir. Maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Ermənistan xarici işlər naziri Edvard Nalbandyan ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşündə həmin uşağın guya iyulun 4-də, əvvəl göstərilən kənddən aralıda yerləşən Almalı (ermənilər indi onu Avsatax adlandırır) kəndindən oğurlandığını, meyitinin isə iyulun 15-də Şaplar və Birinci Milli (ermənilər indi Manaşid adlandırır) kəndlərinin arasındakı meşə massivində tapıldığını bildirib. Bundan əvvəl yayılmış məlumatlarda isə cəsədin guya Şaplar kəndinin qəbiristanlığında, digər məlumatda isə adı göstərilməyən türk qəbiristanlığında tapıldığı bildirilirdi. Eyni zamanda Bağlı Pəyə kəndinin “icma başçısı” da uşağın oradan yoxa çıxdığını bildirmişdi. Həqiqət haradadır? Bilinmir ki, bu erməni uşaq harada itib və meyiti harada tapılıb. Əvvəla qeyd etmək lazımdır ki, Dilqəm və Şahbazın uzaq məsafə qət edərək Bağlı Pəyə və Almalı kəndlərinə getmə ehtimalı sıfıra bərabərdir. Çünki onların əsas məqsədi Şaplar kəndinə getmək olub və ermənilərə də məlumdur ki, onlar son illərdə dəfələrlə bu addımı atıblar. Adı çəkilən kəndlər isə Şaplar kəndindən təxminən 40 kilometr aralıdır. Heç bir nəqliyyat vasitəsindən istifadə etməyən, sərt dağlıq relyefə malik ərazidə, daha vacibi isə heç bir səbəb olmadığı halda Dilqəm və Şahbaz nə üçün Şaplar kəndindən 40 kilometr şərqdə yerləşən kəndlərə getməli idilər? Bütün bunlar sübut edir ki, cəsədi tapılmış uşaqla bağlı məsələ düşünülmüş şəkildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin üzərinə atılır. Meyit üzərindəki əlamətlərə gəldikdə isə, biri uşağın güllə ilə, digəri – kəsici-deşici alətlə vurulduğunu, başqa biri isə deyiləsi mümkün olmayan üsulla öldürüldüyünü iddia edir. Kimə və nəyə inanasan?

Ümumiyyətlə, bu məsələ ilə bağlı hədsiz ziddiyyətlər var və məndə belə bir fikir formalaşıb ki, ermənilər aqoniya içindədir, onlar ciddi təlaş və təşviş keçirirlər. Məlumatları elə verməyə çalışırlar ki, ictimaiyyəti sakitləşdirə bilsinlər.

Qeyd edilməyən əsas vacib məqama isə erməni mətbuatının özü aydınlıq gətirir: “İyulun 15-də gəncin cəsədi tapıldı və qapalı tabutda qohumlarına belə cəsədi göstərmədən dəfn edildi”.

Cəsədin üzərinin bağlanaraq ailə üzvlərinə göstərilməməsi özündə hansı həqiqətləri gizlədir?

Şahin Qocayev

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı