Modern.az

5 il cavanlaşmaq istəyənlərə dəyərli MƏSLƏHƏT

5 il cavanlaşmaq istəyənlərə dəyərli MƏSLƏHƏT

Aktual

22 Oktyabr 2014, 22:22


Zəncirotu bitkisinin insan sağlamlığı üçün faydaları saysız hesabsızdır. Elmi-fantastik əsərləri ilə məşhur olan amerikalı yazıçı Rey Bredberi özünün “Zəncirotu şərabı” əsərini məhz bu bitkinin möcüzəsinə həsr edib.

Modern.az-ın məlumatına görə, xalq təbabətində zəncirotu bitkisinin həm kökü, həm də yarpaqları istifadə olunur. Təsadüfi deyil ki, hələ qədim zamanlardan zəncirotunun şirəsini “həyat cövhəri” adlandırıblar.

Zəncirotu qaraciyərin normal fəaliyyəti üçün olduqca xeyirlidir.

Bu bitki ödqovucu xassəyə malikdir.

Qanı təmizləyir və qanazlığı olan insanlar üçün faydalıdır.

Bədəni qüvvətləndirir və orqanizmin immun sistemini gücləndirir.

Bu bitkidən müntəzəm istifadə etdikdə dəri təmizlənir, üzdə olan sızanaq problemləri aradan qalxır.

Zəncirotu həzmi yaxşılaşdırır, iştəhanı artırır.

Maddələr mübadiləsinin tənzimlənməsi üçün zəncirotu ən yaxşı vasitələrdən biridir.

Ayaqdakı döyənəkləri zəncirotu vasitəsi ilə yox etmək mümkündür. Bunun üçün təzə çəkilmiş zəncirotu şirəsini bir neçə gün döyənəklərə sürtmək kifayətdir.

Zəncirotu orqanizmdən toksinlərin çıxarılması üçün effektlidir. Xüsusilə uzun müddət kimyəvi dərman pereparatları qəbul etmiş insanlar üçün bu bitkidən istifadə məsləhət görülür.

Zəncirotunun möcüzəvi faydalarından biri isə onun insanı cavan saxlaması xüsusiyyətidir. Amerikalı alimlər apardıqları tədqiqatlardan sonra sübut ediblər ki, bu bitkidən hazırlanmış içki insanı ən azı 5 il cavanlaşdırır. Bunun üçün zəncirotu kökünü doğrayıb qovurmaq, toz şəklinə salmaq, 3 çay qaşığı tozun üzərinə 250 qram su əlavə edib 5 dəqiqə qaynatmaq lazımdır. Alınmış məhlulun üzərinə bir neçə damcı limon şirəsi və zövqə uyğun şəkər əlavə etməli, həftədə bir dəfə qəbul edilməlidir. Bu “həyat cövhəri”ndən müntəzəm istifadə etməklə siz daxili orqanlarınızın cavan qalmasına nail ola bilərsiniz.

Bir məsələni də unutmayın ki, sağlamlığınızla bağlı atacağınız hər bir addımda həkiminizlə məsləhət vacibdir.

İlham Cəmiloğlu

Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?