Modern.az

İrana səfər edən Ermənistanın baş naziri atom üçün yardım istəyib

İrana səfər edən Ermənistanın baş naziri atom üçün yardım istəyib

Aktual

22 Oktyabr 2014, 23:45

 

Hazırda Ermənistanda yeni bir atom stansiyasının tikintisinə kredit ayrılması ilə bağlı Rusiya və İranla danışıqlar aparılır.
Təxmini hesablamalara görə yeni stansiyanın inşasına 4.5 milyard dollar lazımdır.
Bu vəsaitin yarısının Rusiya tərəfindən mal və avadanlıq qismində, qalanının isə digər ölkələrdən alınacaq maliyyə yardımı vasitəsi ilə ödəniləcəyi gözlənilir.
Məhz bu səbəbdən Ermənistan baş naziri İrana səfəri zamanı ölkəsində yeni atom stansiyası inşası işlərində İran tərəfinin iştirakınn vacibliyini vurğulayıb.
Bu açıqlama bu gün təşkil edilən mətbuat konfransında erməni tərəfindən İran Araşdırmaları mütəxəssisi Vardan Vosanyandan gəlib.
Enerji sahəsində iki ölkə arasında əməkdaşlıqla bağlı görüş keçirildiyini vurğulayan Voskanyan "Ermənistandakı yeni nüvə stansiyası tikintisi, İran tərəfinin iştirakı ilə həqiqətə çevrilsə, Ermənistan-İran münasibətləri yeni bir səviyyəyə yüksələr. Mən bunu strateji iqtisadi əlaqələr adlandırardım "deyə o bildirib.
Vaskanyan İrana qarşı əngəllər olmasını önə çəkərək bildirib: “Ehtimal ki, İrana qarşı sanksiyalar müəyyən mənada yumuşalıb. Və yaxın zamanda nüvə proqramı üçün müzakirələrdə irəliləmə təmin edilsə, bu sanksiyalar daha da yumşalar. Bu vəziyyətdə İran maddi problemlər səbəbiylə zaman çərçivəsində gerçəkləşdiriləcək layihələrdə iştirak imkanına sahib olar”.

Xatırladaq ki, Ermənistanın baş naziri Hovik Abrahamyan bu ilin oktyabrın 21-22-də İrana rəsmi səfər edib və bu ölkənin bir sıra rəsmi şəxslərilə görüşlər keçirib.

Şahin QOCAYEV


Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!