Modern.az

İnternet asılılığın əlamətləri - onlar sizdə də varmı? - MARAQLI

İnternet asılılığın əlamətləri - onlar sizdə də varmı? - MARAQLI

23 Oktyabr 2014, 22:04


Texnologiyaların sürətlə inkişaf etdiyi bir dövrdə həyatımızı internetsiz təsəvvür etmək mümkün deyil. İstəyimizdən və iradəmizdən asılı olmayaraq işimizlə bağlı gündəlik internetdən istifadə etmək məcburiyyətində qalırıq. Hələ əyləncələri, oyunları, filmləri, saytlara baxmağı nəzərə almasaq gün ərzində ən azı bir neçə saat kompüterin qarşısında əyləşirik. Təbii ki, bəzi qaydalara riayət etsək bundan çox da ziyan çəkmərik. Ancaq heç nəyin fərqinə varmadan günümüzün əsas hissəsini internetə sərf edəriksə, çox yaxın gələcəkdə bunun mənfi nəticələri sağlamlığımızda özünü kəskin şəkildə büruzə verəcək.

Modern.az-ın məlumatına görə, internet asılılığı özü xəstəlik olmaqla yanaşı, həm də bir çox xəstəliklərin yaranmasına səbəb olur. Bu asılılığın ilk əlamətləri hansılardır?

1. Əgər insan hər dəfə kompüter qarşısına keçib internetə giriş edərkən sevinirsə;

2. Ziyafətə, qonaqlığa, istirahətə gedərkən həmin məkanda internetin olub-olmaması onu ciddi narahat edirsə;

3. İnternetlə məşğul olan vaxt zaman məfhumunu unudursa;

4. Digər vacib görüləsi işlərini internetdə olduğu zaman asanlıqla təxirə sala bilirsə;

5. İnternetdə olan zaman özünə lazım oldu-olmadı saytları dolaşırsa;

6. Kompüterin qarşısından durduqdan qısa bir müddət sonra telefon vasitəsi ilə internetə girirsə;

7. Tanışları ilə, hətta internetdən anlayışı olmayan bir insanla belə internet haqqında söhbətə cəhd edirsə;

8. Həyatının bütün məsələlərini internetlə həll etmək istəyirsə;

9. Əyləncələrini internetdə axtarırsa;

10. Canlı ünsiyyətdən daha çox virtual ünsiyyətə üstünlük verirsə;

11. Digər vacib ödənişlərdən əvvəl internet pulunun vaxtında ödənilməsinə can atırsa;

12. Ən nəhayət yuxusuzluq, göz və baş ağrıları, halsızlıq kimi vəziyyətlər insanı internetdən ayıra bilmirsə bu artıq internetdən asılılıq xəstəliyidir.

Əgər sizdə də bu əlamətlərin ən azı bir neçəsi varsa hazırda internet vasitəsi ilə oxuduğunuz bu yazını bağlayın və təcili həkimə müraciət etmək haqqında düşünün.

İlham Cəmiloğlu

Telegram
Hadisələri anında izləyin!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı