Modern.az

“Aydın Mirzəzadə ilə Etibar Hüseynov münasibətlərini məhkəmədə aydınlaşdırmalıdır” - MM-in İntizam komissiyasının sədri

“Aydın Mirzəzadə ilə Etibar Hüseynov münasibətlərini məhkəmədə aydınlaşdırmalıdır” - MM-in İntizam komissiyasının sədri

Parlament

27 Oktyabr 2014, 12:40

“Deputatlarımız arasında etik davranış qaydalarını pozanlar yoxdur. İntizam komissiyasının sədri kimi belə faktlara rast gəlməmişəm”. Bunu Modern.az saytına YAP icra katibinin müavini, Milli Məclisin İntizam komissiyasının sədri Siyavuş Novruzov deyib. 

O bir müddət öncə deputatların etik davranış qaydaları ilə bağlı qanun layihəsinin gündəmdə olmasına da münasibət bildirib:

“Deputatların etik davranış qaydaları ilə bağlı müəyyən ölkələrin təcrübəsi öyrənilir, tədqiqatlar aparılır, onun uyğunlaşdırılması məsələsi gedir və bununla əlaqədar Azərbaycanda olan bir neçə beynəlxalq təşkilatların,  o cümlədən Avropadan olan ayrı-ayrı qurumların nümayəndələri ilə də görüşlərimiz, söhbətlərimiz olur. Bütün bunların hamısını kompleks şəklində hazırlayıb müvafiq dövrün tələblərinə cavab verəcək qanun layihəsi hazırlayacağıq”.

Deputat  Etibar Hüseynov  müxalifətin oktyabrın 12-də “Məhsul” stadionunda keçirilən mitinq  iştirakçılarını qoyuna bənzətməsinə YAP-çı deputat Aydın Mirzəzadə kəskin etiraz edib. O təhqirin yolverilməz oduğunu bildirib.  

Deputatlar arasında yaşananlara Siyavuş Novruzovun reaksiyası belə olub: "Aydın Mirzəzadə ilə Etibar Hüseynovun hər ikisi müstəqil şəxslərdir. Əgər kimsə kimisə təhqir edibsə, onlar artıq məhkəmədə öz münasibətlərini aydınlaşdırmalıdırlar. Əlavə nəsə deyə bilmərəm”.

Namidə BİNGÖL

Sizə yeni x var
Keçid et
Rusiyanın 60 milyonluq gəmisi məhv edildi - Ukraynadan şok əməliyyat