Livanın “Future” telekanalı İranın Prezident Administrasiyasına istinadla xəbər verib ki, İran İslam Respublikasının prezidenti Mahmud Əhmədinejadın olduğu kortejə hücum təşkil edilib.
Xəbərdə bildirlib ki, Əhmədinejad bu gün Həmədan şəhərində xalqa müraciət etmək üçün yola çıxarkən onun avtomobil kortejinə əl qumbarası atılıb. Təcavüzkarın tutulduğu, hadisədə yaralanların olduğu qeyd edilir.
Yayılan məlumatda o da bildirlib ki, Əhmədinejad hücumdan zərər çəkməyib.
Modern.az