Modern.az

Amerika kəşfiyyatı Əhmədinejatın başına gələnləri öyrənməyə çalışır

Amerika kəşfiyyatı Əhmədinejatın başına gələnləri öyrənməyə çalışır

Təhsil

5 Avqust 2010, 11:08

Amerika kəşfiyyatı İran prezidenti Mahmud Əhmədinejatın başına gələn sui-qəsd hadisəsinin  detallarını öyrəməyə çalışır. Modern.az xarici mətbuata istinadən xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin rəsmi nümayəndəsi Filipp Krouli açıqlama verib.

«Biz əlimizdə olan bütün mənbələrdən istifadə etməklə əslində nə baş verdiyini öyrənməyə çalışacağıq. Məlumat almaq üçün həm açıq mənbələrdən, həm də xüsusi xidmət kanaallarından istifadə edəcəyik»,-deyə DP rəsmisi bildirib.

Onun sözlərinə görə, hazırda ABŞ İranda baş vermiş hadisəyə münasibət bildirməkdə çətinlik çəkir. «Çünki Amerika hələ məlumatların toplanması ilə məşğuldur.Biz hələlik nələrin baş verdiyini özümüz üçün müəyyənləşdirə bilməmişik».

Qeyd edək ki, bir sıra xarici KİV İran prezidentinin Həmədan şəhərinə səfəri  zamanı onun avtomobil kortejinə bomba atılması barədə məlumat yayıb. Bomba prezidentin avtomobilinə çatmayıb. Bomba jurnalistlərin olduğu avtomobilə dəyib. Bir neçə nəfər yaralanıb. Bomba atmış şəxs yaxalanıb. Prezident isə xəsarət almayıb. Daha sonra isə İran rəsmiləri baş vermiş hadisəni təkzib ediblər.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə