Modern.az

Azərbaycanlı girov Dilqəm Əsgərov: “Kəlbəcərə anamın məzarını ziyarət etmək üçün getmişəm”

Azərbaycanlı girov Dilqəm Əsgərov: “Kəlbəcərə anamın məzarını ziyarət etmək üçün getmişəm”

29 Oktyabr 2014, 20:10

Dağlıq Qarabağdakı separatçı rejimin girov götürdüyü Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Dilqəm Əhmədovun Xankəndidə keçirilən qondarma məhkəmə prosesi bu gün də davam edib. Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, guya Dilqəm Əsgərov bildirib ki, "sərhədi qanunsuz keçdiyini bilmirdi, yalnız indi səhvini başa düşüb".

Onun sözlərinə görə, Dağlıq Qarabağ ərazisinə gəlməkdə pis məqsədlər güdməyib, yalnız anasının məzarını ziyarət edib. Məlumatda qeyd edilir ki, Əsgərov “ yetkinlik yaşına çatmayan Smbat Tsakanyanı Kəlbəcərə gedərkən özləri ilə niyə götürdükləri” barədə cavabında yalnız meşə və dağlardan keçən yolu tanıdıqlarını bildirib. O, Smbatın öldürülməsində iştirakçı olmadığını da iddia edib.

Modern.az

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir