Modern.az

Genelkurmay başqanlığına təyinat təxirə salınıb

Genelkurmay başqanlığına təyinat təxirə salınıb

Təhsil

5 Avqust 2010, 12:43

Türkiyə Prezidenti Abdulla Gül Ali Hərbi Şuranın qərarlarını təsdiq edib. CNN Türk-ün məlumatına görə, Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahında avqustun 1-də başlamış və 4 gün davam edən iclasınnın qərarında Silahlı Qüvvələrin Baş Qərargah rəisi vəzifəsinə təyinat olmayıb. Bu vəzifəyə Quru Qoşunları komandanı, ordu generalı İşık Koşanerin təyin olunması gözlənilirdi. Təyinatın avqustun 5-də olacağı ehtimal olunur.

İşık Koşanerin icra etdiyi Quru Qoşunlarının komandanı vəzifəsi də hələlik boş qalıb. Belə ki, bu vəzifəyə təyin olunması gözlənilən ordu generalı Həsən İğsız hökumətin əleyhinə təbliğat aparan internet saytları açıdığı üçün onun namizədliyi dövlət başçısı tərəfindən təsdiq olunmayıb. Bu vəzifəyə ordu generalı, jandarm komandanı Atilla İşıq təyin oluna bilər.
Məhkəməyə cəlb olunacaq 11 general isə gələn ilin avqustuna qədər bəraət alacaqları təqdirdə yeni rütbələr və vəzifələr alacaqlar.

Whatsapp
Bizə yazın!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə