Modern.az

Hakerlər Hotmail-də minlərlə poçt ünvanını sındırıblar

Hakerlər Hotmail-də minlərlə poçt ünvanını sındırıblar

6 Oktyabr 2009, 11:14

Hotmail poçt servisində 10 mindən çox ünvan haker hücumuna məruz qalıb, poçtların içərisindəkilər isə internetdə yayılıb. Ehtimal olunur ki poçt ünvanlarını sındırmış hakerlər fişinq (tanınmış şirkətlər, misal üçün bank, sosial şəbəkə, poçt xidmətləri adından istifadəçilərdən onların şəxsi məlumatlarının, yəni login və parolların alınması məqsədilə spam göndərişi) sxemindən istifadə ediblər. Xarici KİV-lər yazır ki, oğurlanmış məlumatların əksəriyyəti Avropa istifadəçilərinə aiddir. Hotmail poçt servisinin sahibi olan Microsoft şirkəti bu xəbəri təsdiqləyib. Hazırda bu istiqamətdə araşdırma aparan şirkət istifadəçilərə parollarını dəyişməyi tövsiyə edir. 

Whatsapp
Bizə yazın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir