Rusiya -Gürcüstan münasibətləri prezident Mixail Saakaşvilinin hakimiyyəti dövründə bərpa oluna bilməz. Modern.az rus mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya prezidenti Dmitri Medvedev bu gün Moskvada jurnalistlərə bildirib.
«Gürcüstan - Rusiya diplomatik münasibətlərinin pozulması heç də bizim günahımız deyil. Baş verənlərə və eləcə də siyasi münasibətlərin pozulmasına görə bütün məsuliyyət Gürcüstan rəhbərliynin, prezident Mixail Saakaşvilinin üzərinə düşür».
Onun sözlərinə görə, Saakaşvilinin hakimiyyətdə olduğu dövrdə bu ölkə ilə tam normal münasibətlər ola bilməz.
«Lakin bu, o demək deyil ki, Gürcüstanda başqa şəxs hakimiyyətə gəlsə, bu ölkə ilə münasibətlər bərpa olunmayacaq» deyən Medvedev əlavə edib ki, Gürcüstanda başqa şəxsin hakimiyyətə gələcəyi təqdirdə çoxəsrlik tarixi olan Rusiya-Gürcüstan münasibətləri bərpa olunacaq.