Modern.az

Azərbaycan daxili işlər nazirinin yeni müavini: İsmət Əliyev kimdir? - FOTO

Azərbaycan daxili işlər nazirinin yeni müavini: İsmət Əliyev kimdir? - FOTO

1 Noyabr 2014, 13:22



Azərbaycanın daxili işlər naziri Ramil Usubova yeni müavin təyin olunub. Modern.az saytı xəbər verir ki, daxili işlər nazirinin müavini, polis general-leytenantı Əsgər Ələkbərov təqaüdə göndərilib. Onun yerinə isə Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi İsmət Əliyev təyin olunub.

Daxili İşlər Nazirliyindən Modern.az-a verilən məlumata görə, polis general-mayoru İsmət Əliyev 2009-cu ildədək DİN Baş Dövlət Yol Polisi İdarəsinin rəis müavini vəzifəsində çalışıb. Həmin ilin mayında o zaman polkovnik rütbəsi daşıyan İsmət Əliyev Daxili İşlər Nazirliyinin Baş Kadrlar İdarəsinin rəisi vəzifəsinə gətirilib.

1 iyul 2010-cu il tarixində ölkə başçısının müvafiq sərəncamı ilə polis polkovniki İsmət Rəşid oğlu Əliyevə polis general-mayoru ali xüsusi rütbəsi verilib.

2014-cü ilin noyabrından isə polis general-mayoru İsmət Əliyev daxili işlər nazirinin müavinidir.

A.Qorxmaz

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir