Modern.az

Ermənilər Dilqəm Əsgərovu əsas HƏDƏF seçdilər

Ermənilər Dilqəm Əsgərovu əsas HƏDƏF seçdilər

2 Noyabr 2014, 01:30

Dilqəm Əsgərov və Şahbaz Quliyevə qarşı oktyabrın 27-dən başlayan qanunsuz "məhkəmə" sabah da davam edəcək. Modern.az erməni mətbuatına istinadən xəbər verir ki, oyuncaq teatra bənzəyən bu prosesdə əsas hədəf Dilqəm Əsgərov seçilib. Düşmən hər vəchlə Smbat Tsaqanyanın itkin düşməsini ölüm kimi göstərərək prosesi Dilqəm Əsgərovun üzərində cəmləşdirməyə çalışır.

Belə ki, Dilqəm Əsgərovun erməni "vəkili" Erik Beklaryan erməni mətbuatına müsahibə verərək bildirib ki,"Əsgərov məhkəmədə iddia edir ki, özü Smbat Tsaqanyanı öldürməyib, Həsənov öldürüb, lakin istintaq zamanı deyir ki, Quliyev öldürüb. Bu baxımdan əhəmiyyətli ziddiyyətlər var. Qeyd etmək lazımdır ki,ekspertiza zamanı aşkar edilib ki,uşağın üzərinə yalnız Əsgərovun silahından atəş açılıb. Məhkəmə zamanı aydın olacaq və mən deyə bilmərəm nə sübut ediləcək. İstintaq prosesini gözləyək".

Erik Beklaryanın sözlərinə görə, noyabrın 3-də girovların dindirilməsi davam edəcək.

Qeyd edək ki, Dilqəm Əsgərova qarşı qondarma istintaq zamanı yeni ittihamlar da elan ediləcək. Şahbaz Quliyevin vəkili olan Arkadi İsraelyan isə erməni mətbuatına verdiyi açıqlamasında bildirib ki,"hələ şahidlər dindirilməli və sübutlar araşdırılmalıdır. Bu an ilə əlaqədar heçnə deyə bilmərəm".

Qeyd edək ki, qanunsuz proses zamanı Dilqəm Əsgərov və Şahbaz Quliyevin "vəkili"rolunda çıxış edən bu şəxslər edam üçün ipliyi keçirən əsl cəllad rolunu oynayır.

Şahin Qocayev

 
Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! Bayrağımız Qazaxın kəndlərində qaldırıldı