Modern.az

Tanınmış azərbaycanlı rəssamın Bakıda ilk sərgisi keçirildi – MÜSAHİBƏ - FOTO

Tanınmış azərbaycanlı rəssamın Bakıda ilk sərgisi keçirildi – MÜSAHİBƏ -  FOTO

4 Noyabr 2014, 17:47

Bu gün Bakının sərgi zallarından birində tanımış azərbaycanlı rəssam, hazırda Rusiyanın Tolyatti şəhərində yaşayan soydaşımız Bayram Salamovun impressinizm üslubunda yaratdığı rəsm əsərlərinin sərgisi keçirilib. Modern.az xəbər verir ki, sərgidə ölkənin bir sıra tanınmış icmai fiqurları, o cümlədən Mədəniyyət və Turizm nazirinin müavini Ədalət Vəliyev və Milli Məclisin deputatı Cavanşir Feyziyev də iştirak edib. Onlar müəllifin milli mədəniyyətimiz populyarlaşmasında göstərdiyi xidmətlərinə görə ona öz təşəkkürlərini bildiriblər. Bayram  Salmanov vətənində keçirilən ikl sərgi zamanı Modern.az-a qısa müsahibə də verib. 

- Bayram müəllim, siz uzun illərdi ki, Rusiyada yaşayıb-fəaliyyət göstərirsiniz. Bəs tarixi vətəniniz- Azərbaycanla əlaqələriniz necədir?   

- Mən sovet dönəmindən Rusiyada yaşayıram. Sərgilərimlə əlaqədar müəyyən müddət Baltikyanı dövlətlərdə yaşasam da, sonaradn yenə Rusiyaya döndüm. Amma Azərbaycanla həmişə əlaqə saxlamışam. Ailəmlə hər il buranı ziyarət edirəm.

- Yaradıcılığınızda rəssamlığın hansı üslubunda üstünlük verirsiniz? - İmperssionizm üslubunda çalışmağı sevirəm. Amma əsərlərimdə romantizm elementləri də var. Bu mənim şəxsi üslubumdur.


- Azərbaycan rəssamlıq sənətinin müasir durumu barədə nə deyə bilərsiniz? Azərbaycanda dünya səviyyəli saydığınız rəssamalrdan kimlərin adını çəkə bilərsiniz?

- Azərbcyan rəssamları 30-cu illərdən dünya səviyəsində tanınır. Bu gün də rəssamlı sənəti Azərbaycan geniş inkişaf edib. Müasir dövrdə Vüqar Muradov, Sakit Məmmədov və s. çox məşhur rəssamlarımız dünya səviyyəli incəsənət nümayəndələridir.  

- Bəs ən sevdiyinz rəssam kimdir?

- Rembrandt Harmens van Reyn

Xatırladaq ki, Bayram Salmanov 1965-ci ildə Şəkinin Qoxmuq kəndində anadan olub. 1986-cı ildə Azərbaycan Dövlət Rəssamlıq Akademiyasını bitirib.

1990-cı ildən Tolyatti şəhərində yaşayan həmvətənimiz bir çox mükafatlara layiq görülüb. Bayram Salamov Rusiya Rəssamlarının Yaradıcılıq İttifaqının və Beynəlxalq Rəssamalr Federasiyasının üzvüdür. Onun rəsm əsərlərinin ibarət sərgisi Praqa, Berlin, Limasol, Paris və Moskva şəhərlərində keçirilib.

 

Modern.az  
Twitter
Sizə yeni tvit var
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?