Modern.az

Həşəratların intim həyatı – MARAQLI

Həşəratların intim həyatı – MARAQLI

5 Noyabr 2014, 10:54

Son illərdə avropalı alimlər heyvanların intim həyatı ilə bağlı geniş araşdırma və müşahidələr aparıblar.

Müəyyən olunub ki, əksər heyvanlar – məməlilər, hörümçəkkimilər, həşəratlar, quşlar və sürünənlərin böyük hissəsi intim həyatlarında poliqamiyaya (yəni 2 və daha çox cinsi partnyora) üstünlük verirlər. 

Adətən, tərəf müqabilinin seçimi, yəni cütləşmək dövrü heyvanlarda müəyyən dövrüliklə müşahidə olunur.

Cütləşmə mövsümündə əsasən erkək heyvanların orqanizmində cinsi hormonların sayı kəskin artır. Onlar bunu özünənməxsus davranıışları ilə - rəngini dəyişməsi, özlərinə yuva tikməsi, biri-birilə döyüşlər təşkil etməsi və s. hiss etdirirlər.

Cütləşmə mövsümündə özünə tərəf müqabili axtaran erkək və dişi heyvanlar arasında cinsi seçmə prosesi baş verir.

Cinsi seçməni xarici təsirlər (yaşayış arealı, digər heyvan növləri ilə rəqabət və s.) yox, dişi heyvanlar müəyyən edir.

Bunun üçün erkək heyvanlar arasında ciddi rəqabət mövcud olur. Heyvan orqanizmləri bir hüceyrəlidən onurğalıya qədər nə qədər mürəkkəb quruluşa malik olurlarsa, onların cinsi seçmə zamanı tələbləri və biri-birilə olan münasibətləri də bir o qədər mürəkkəb və çoxşaxəli olur.

Modern.az ayrı-ayrı heyvan siniflərində mövcud olan cinsi seçmə prosesi ilə bağlı müxtəlif dövürlərdə araşdırma aparan mütəxəssislərin fikirlərinə istinadən yazılar təqdim edir.


İlk olaraq həşəratlar arasındakı seksual münasibətlərə toxunacayıq.

Hörümçək növlərinin əksəriyyətində dişilər erkək hörümçəklərdən böyükdür. Cütləşmə mövsümü başlayan zaman erkək hörümçəklər dişilərə müxtəlif hədiyyələr – daha çox ovladıqları və tora bürüdükləri həşəratları təqdim edirlər.

Bununla o həm ovçu olduğun göstərir, həm də hədiyyələrlə dişi hörümçəyi şirnikləndirib, onunla cütləşməyə nail olmaq istəyir. Bəzi hörümçək növlərində isə cütləşmək istəyən erkək, dişi hörümçək qarşısında mürəkkəb rəqslər yaxud pəncə üzərində müəyyən hərəkətlər edir.

Daha sonra isə dişi tərəf müqabilini tora salana erkək onunla cütləşir. Çox az sayda hörümçək növləri dişiyə görə “ölüm dueli” nə çıxır. Qaraqurt hörümçəklərində isə dişiyəl ilk cütləşmək istəyən erkək hörümçəklər arasında duellər keçirilir.

Qalib erkəkdən sonra digər erkək qaraqurtlar da dişi ilə cütləşirlər.

Əqrəblərdə isə cütləşmə mövsümündə dişi və erkək əqrəb gıcgaxları ilə biri-birinə toxunur və bu vəziyyətdə saatlarla hərəkət edirlər. Cütləşmə prosesi də bu zaman baş verir.

Həşaratların cinsi həyatında ətirlərin xüsusi rolu var. Belə ki, erkək həşəratlar cütləşmə mövsümündə cinsi hormonlar hesabına xüsusi ətir saçırlar və bu ətirlər dişi həşaratları cəlb etməyə çalışırlar.

Dişilər isə erkək həşaratların diqqətini cəlb etmək üçün gecə vaxtı xüsusi işıq saçırlar. Bundan başqa, həşəratlar arasında dişiyə ovladıqları digər həşaratlardan ibarət hədiyyələr vermək də rast gəlinir.

Məsələn, dişi milçəklər ona ən iri ölçülü həşərat gətirən erkəklərə üstünlük verir. Bəzi hallarda isə həşaratlar əks cinsin nümayəndəsini təəccübləndirmək üçün hava rəqsləri edirlər.

Dişi həşəratlar daha cəld və mürəkkəb rəqslər edən erkəklərlə cütləşməyə üstünlük verirlər.

Məsələn, erkək kəpənəklər aşağı ətraflarında yerləşən xüsusi çıxıntı vasitəsilə dişi kəpənəklərin ağızətrafı bığcıqlarına toxunurlar və xüsus ehtiras doğuran ətir ifraz edirlər. Elmi dildə həmin ifraz olunan maddə feromon adlanır. 

Digər həşaratlar – cırcıramalar, arılar, çəyritkələrvə s. isə öz qanadları, pəncələri və gövdələrinin çıxardığı xüsusi səs vasitəsilə dişiləri özünə cəlb edir.

Erkək cırcıramalar adətən öz ərazilərini digər həmcinslərindən aqressiv şəkildə qorumaqla seçilirlər. Erkək cırcırama cürtləşmə dövründə dişi cırcıramanın arxasınca düşür və onu yaxaladıqdan sonra havadaca onunla cütləşir. Bəzi cırcıramalar isə xüsusi toxunuşlarla dişi cırcırmada sancılar spazmalar yaradır və özündən əvvəl həmin dişi ilə cütləşən erkək cırcıramanın spremasının ifraz bədəndən xaric olmasına nail olur.  Bəzi erkək həşaratlar qısqanclıqları səbəbilə cütləşmədən sonra bir müddət dişi həşaratı “girov” kimi saxlayır və yalnız o, yumurta qoyduqdan sonra sərbəst buraxır.

Adətən, havada cütləşən arılar isə bəzən öz cinsi orqanlarını dişi arının içində saxlayırlar. Bu zaman erkək arılar ölsələr də, başqa erkək arıların onun tərəf müqabili ilə cütləşməsinə mane ola bilirlər.   

Çəyritkələrə gəlincə, erkək çəyritkələr ilk növbədə dişi çəyritkənin bioloji quruluşuna diqqət edir və uzun müddət müşahidə etdikdən sonra onunla cütləşir.

Müəyyən olunub ki, çəyritkələr bir neçə saniyədə 104 dəqiqəyə qədər cinsi əlaqədə olurlar. Vaxtın uzunluğu ilk növbədə erkək çəyritkənin ifraz etdiyi spermatoforadan – sprematozoidlərin yer aldığı xüsusi kapsulun həcmindən asılır. Bu həcm nə qədər böyük olarsa, cinsi əlaqə də bir o qədər uzun davam edir. (Ardı var)

 

Vüqar İSMAYILOV 

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər