Modern.az

Azərbaycan ailəsi

Azərbaycan ailəsi

5 Noyabr 2014, 15:05

Firuzə Qurbanlı

Ailə kiçik bir dövlətdir. Cəmiyyətimizin kiçik parçasıdır. Müqəddəsdir. İllərdir bu psixologiya ilə bu dəyərlərlə böyüdüldük.  Ana, atanın və digər böyüklərin sözü evdə qanun sayılır. Bütün münasibətlər hörmətə və sevgiyə əsaslanır əsl Azərbaycan ailələrində. Söyüş və digər etikadan kənar söz və hərəkətlərə yer verilmir ailələrimizdə. Bu dəyərləri və prinsipləri hələ çox uzatmaq olar.  Amma məqsədim Azərbaycan ailəsinin tərifini verib onun müqəddəsliyi haqqında uzun uzadı danışmaq olmadığından siyahını burada tamamlayıram. Məqsədim bu gün bu dəyərləri köhnənin qalığı kimi qələmə verib televiziya və radiolarda onları  gülünc obyektinə çevirənlərə diqqət çəkməkdir. Bu gün ailə arasındakı münasibətlərin hörmətə, bəzən isə rəsmiyyətə əsaslanmalı olduğunu təbliğ edən keçmiş filmlərimiz pafosludur deyilərək ələ salınır.

Sən demə ailədə rəsmilik gülməli imiş. Əgər sən valideyinlərinə anacan və ya atacan deyə müraciət edib zəhmət olmasa deyirsənsə bunun nəyi pisdir ki?

Ötən gün işə gələndə radiolardan birində aparıcı qızın səsləndirdiyi bir fikir məni çox düşündürdü.

“Niyə bizim əvvəlki filmlərimzidə “Anacan zəhmət olmasa mənə çay gətir” deyilir? Bəyəm biz ailəmizdə elə rəsmi danışırıq?”

Ardından aparıcı qızın gülməsi sadəcə filimlərimizi deyil, həm də itməktdə olan  dəyərlərimizi də gülünc obyekti etdi. Bəli, bəlkə də bu gün bəzi ailələrdə bu cür rəsmi və mehriban münasibət yoxdur. Amma gəlin həmin pafoslu filimlərin çəkildiyi illərə nəzər yetirək. O zaman yazılan, çap edilən kitab və qəzetlərdə, televiziyada yayınlanan filimlərdə və verilişlərdə nələr təbliğ olunurdu?

-İstər ailədə istərsə də cəmiyyətdə münasibətlərin hörmətə, səmimiyyətə əsaslanması. Bəzən isə həddindən artıq rəsmi olmaq...

 İndi həmin illərin nəslinə diqqət yetirin. Ən azından valideyinlərinizin ailələrinə... Yuxarıda sadlanan bütün dəyər vəprinsiplərə əməl olunur, ən azından uşaqlarını yəni bizim nəsli bu ruhda yetişdiriblər. Bu, indiki dillə desək pafoslu filimləriun təsiri ilə yetişən nəsillər.

 Bəs bu gün filimlərdə, kitablarda bizə nələr təbliğ olunur?

-Ən çox satılan kitabların əsas sujet xətti ya xəyanət, intiriqa ya da ölüm itimdir. Yeni çəkilən seriallar və televiziya verilişlərimiz  isə ayrıca bir problemdir. Rəsmi dil yerinə bayağı dil gətirilib ekranlara. Ləhcə və bayağı tərzdə danışan aparıclar, ucqar yerlərdə bir ailədə baş verən neqativ halları bütün ölkə miqyasında şişirdərək az qala hər kəsə örnək göstərirlər. Yeni çəkilən istər yerli, istər sə də xarici film və seriallarda təbliğ edilənlərdən isə nə siz soruşun nə mən deyim. Əvvəla onu götürək ki, son zamanlar komediya filimləri adı altnda ailələrimizə içərisi söyüşlə dolu olan filimlər ayaq açıb. “Recep İvedik” deyə bir film var, baş qəhramanın danışığında söyüşsüz bir dənə də olsun cümlə tapa bilməzsiniz. Özü də elə-belə adi söyüş yox, Azərbaycanda ən azı bıçaqlanma ilə nəticələnən ana-bacı söyüşləri. Elə yəqin bu filimlərin təsiridir ki, həmin ölkələrdə ən mədəni, təhsilli hətta bəzən imanlı insan belə cəmiyyət arasında xüsusən də qadınların yanında bu cür söyüşləri rahatlıqla səsləndirə bilirlər. Azərbayca cəmiyyətində isə söyüş qəbuledilməzdir. Hətta ən əsəbi anlarında belə kişilərimiz qadınların, böyüklərin yanında ağzından etikaya zidd kəlimə çıxarmazlar. Çünki, bizim ailələrimizdə bu yoxdur. Çünki, biz böyüklərimizdən belə görüb,  bu cür tərbiyəni almışıq. Bizdə qadınlar futbola çox getməzlər ki, orada kimsə söyüş söyə bilər. Digər qonşu ölkələrdə isə hətta bəzən qadın özü belə bu söyüşlərdən məharətlə istifadə edir.

İndi isə bu dəyərlərimiz bizə bayağı və pafoslu göstərilərək, ailələrimizə bu cür mənfilikləri təbliğ edən film və nəşrlər daxil edilir. Bayağı verlişlərimizdə bayağı danışan aparıcılar, bir cütlüyün evlənib boşanmasını, gəlin  qaynana münaqişəsini elə şişirdib verirlər ki, sanki ölkədə bundan vacib heç nə yoxdur. Əksəriyyətini bölgələrdə yaşayan evdar xanımlarımız isə bu verilişlərə az qala hava su kimi ehtiyac duyurlar.  Və sonra da həmin əhval ruhiyyə ilə uşaq tərbiyə edirlər.

Mədəni tədbirlər, hər hansı alimin ixtirası, yazıçıların yeni nəşrləri  və ya onların örnək həyatı isə “tamaşaçıya maraqlı deyil” adı ilə demək olar ki, işıqlandırılmır. Əslində isə tamaşaçını Kütləvi İnformasiya Vasitələri yönləndirməli və ya kobud dillə desək yetişdirməlidir.

O zaman meydana belə bir sual çıxır. Bu cür təbliğatla böyüyən uşaqların, yeniyetmələrin, gənclərin aqibəti necə olacaq?

-Yavaş-yavaş ailədə, ictimaiyyət arasında söyüşlə danışmaq adi hal alacaq.  Mənəviyyatı zəif, dil biliklərı qıt, bayağı, şit və cılızlaşmış nəsil  yetişəcək. Necə ki, yetişməkdədir.

Qısası, bu gün yuxarıda sadaladığım müqəddəs ailə dəyərlərimiz yavaş-yavaş aşınır, yox olma təhlükəsi ilə üz-üzə qalır. Bayağılaşmış televizya və radiolarımız ailələrimizə daxil olub onları da bayağılaşdırır. Hörmət və sevgiyə əsaslanan ailədaxili münasibətlərə “pafosludur” adı qoyularaq xaricdən götürülmə, etikadan kənar münasibət növü aşılanır bizə şüuraltı olaraq.   

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir