Modern.az

Hökumətin siyasi partiyalara ayıracağı vəsaitin məbləği AÇIQLANDI

Hökumətin siyasi partiyalara ayıracağı vəsaitin məbləği AÇIQLANDI

5 Noyabr 2014, 15:16

Azərbaycanda siyasi partiyaların maliyyələşdirilməsi üçün 2015-ci ilin dövlət büdcəsində 2 milyon 500 min manat vəsait nəzərdə tutulub. Bu barədə Modern.az saytına Nazirlər Kabinetindən məlumat verilib.  Bu məbləğ elə 2014 və 2013-cü illərdəki qədərdir.

Qeyd edək ki, Milli Məclisdə təmsil olunan siyasi partiyalara vəsait  “Siyasi partiyalar haqqında” Qanunun 17-1-ci maddəsinə əsasən bölünür. Yəni dövlət büdcəsindən ayrılmış vəsaitin 10 faizi irəli sürdüyü namizədlər Milli Məclisə keçirilmiş son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanmış, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılmış səslərin sayına proporsional olaraq bölünür.
Vəsaitin 40 faizi Milli Məclisdə təmsil olunan siyasi partiyalar arasında bərabər, 50 faizi isə seçilmiş deputatlarının sayına proporsional olaraq bölünür.

Hazırda Milli Məclisdə təmsil olunan aşağıdakı partiyalar büdcədən maliyyələşir.

Yeni Azərbaycan Partiyası

Vətəndaş Həmrəyliyi  Partiyası

Ana Vətən Partiyası

Sosial Rifah Partiyası

Azərbaycan Demokratik İslahatlar Partiyası

Ümid Partiyası

Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası

Vətəndaş Birliyi Partiyası

Böyük Quruluş Partiyası

Milli Dirçəliş Hərəkatı Partiyası

Ədalət Partiyası


Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Sevastopolda Rusiyaya məxsus daha bir SU-35 vurulub