Modern.az

Mahmudəli Çöhrəqanlı: “Bakıya gəlmək ümidini itirdim”

Mahmudəli Çöhrəqanlı: “Bakıya gəlmək ümidini itirdim”

Aktual

6 Noyabr 2014, 10:18

Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri, Dünya Azərbaycanlıları Konqresinin (DAK) Məşvərət Məclisinin sədri Mahmudəli Çöhrəqanlı Bakıya gəlməklə bağlı ümidini itirib. Bu barədə Modern.az saytına Mahmudəli Çöhrənqalının özü məlumat verib.

GAMOH lideri bildirib ki, viza problemi ilə bağlı Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət etsə də, onun məsələsinə baxılmayıb. “Görünür, bizə Bütöv Azərbaycanın şimal hissəsini görmək mümkün olmayacaq”,-deyə M.Çöhrəqanlı söyləyib.

O, DAK-ın Türkiyədə keçiriləcək qurultayında iştirak etməyəcəyini də bəyan edib. Çöhrəqanlı bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) mövqeyi ilə əlaqələndirib: “Türkiyədə nə qədər ki, AKP hakimiyyətdədir, mənim ora getməyin də problem olacaq. Mən DAK-ın Türkiyədə keçiriləcək qurultayına gedə bilməyəcəyəm, daha doğrusu, getməyimə imkan verməyəcəklər”.

Qeyd edək ki, DAK həmsədri Sabir Rüstəmxanlı rəhbərlik etdiyi təşkilatın növbəti qurultayının Türkiyədə keçiriləcəyini bildirib.

2013-cü ilin avqust ayında Çöhrəqanlı Bakıya gəlsə də, viza problemi səbəbi ilə geri qaytarılmışdı.

Aqşin Kərimov

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!