Modern.az

“Uşaqların küçə həyatına son qoyaq!”

“Uşaqların küçə həyatına son qoyaq!”

Təhsil

2 Sentyabr 2014, 16:54


Sentyabrın 2-dən etiabrən Sumqayıt şəhərində, “Gənc və Yeniyetmələrə Psixo-Sosioloji Kömək ” Xeyriyyə Fondu, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyilə “ Uşaqların küçə həyatına son qoyaq! ” Layihəsi çərçivəsində təlim-seminarların keçirilməsinə start verilib. Modern.az xəbər verir ki, təlim-seminarlar Sumqayıt şəhərinin müxtəlif ərazilərini və qəsəbələrini əhatə edəcək.

Layihənin məqsədi gələcək gənc nəslin sağlam inkişafı üçün yerli səviyyədə küçə və kimsəsiz uşaq probleminə pozitiv töhvə vermək, bir qrup bu uşaqları ilkin dövr üçün təlim-tərbiyəyə cəlb edərək, onların sağlamlıqlarını, normal həyata sosial reabilitasiyalarına dəstək verməkdir. Sumqayıt şəhərində “küçə” və kimsəsiz uşaqlar barədə məlumatları aidiyyəti orqanlardan toplamaq, yerlərdə praktik araşdırma və tədqiqatı təşkil etməkdir.

Bu uşaqları birliyin nəzdində olan Uşaq İnkilşaf Mərkəzinə ilkin dövr üçün cəlb etmək onların psixo-sosial reabilitasiyası üçün müayinə, korrektə işini təşkil etməkdir. Digər uşaqlar kimi onların ilkin dövrdə müvafiq tələbatlarının ödənilməsi, təlim-tərbiyəsi, qidalanması, asudə vaxtının səmərəli təşkili, cəmiyyətə inteqrasiyası üçün imkanları səfərbər etmək daha sonra bu uşaqların taleyi ilə bağlı müvafiq instansiyalar qarşısında ictimai vəkilliyi həyata keçirməkdir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!