Modern.az

«Yeganə deputat köməkçisiyəm ki, heç yerdə ofislə təmin olunmamışam»

«Yeganə deputat köməkçisiyəm ki, heç yerdə ofislə təmin olunmamışam»

6 Oktyabr 2009, 13:41

st1:*{behavior:url(#ieooui) }

MODERN.AZ-IN «DEPUTAT KÖMƏKÇİSİ» RUBRİKASINDA NÖVBƏTİ QONAĞI MİLLƏT VƏKİLİ HƏVVA MƏMMƏDOVANIN KÖMƏKÇİSİ FAİQ XUDİYEVDİR

- Necə oldu ki, deputat köməkçisi vəzifəsinə təyin olundununz?

- Parlament seçkiləri ərəfəsində Həvva Məmmədova Bakının Pirşağı qəsəbəsində seçicilərlə görüşən zaman mən onunla tanış olmuşdum. Xankəndindən olan seçicilərin bir qismi həmin qəsəbədə məskunlaşıb. Tanışlıqdan sonra mən Həvva xanımın təbliğat-təşviqat kampaniyasında iştirak etdim. O, deputat seçildikdən sonra məni köməkçisi vəzifəsinə dəvət etdi və mən də təklifi qəbul etdim.

- Deputat köməkçisi olmazdan öncə hansı işlə məşğul olurdunuz?

- Daha öncə kommersiya fəaliyyətil ilə məşğul idim. Kiçik bizneslə məşğul olmaqla yanaşı, həm də aspiranturada oxuyurdum.

- Əksər həmkarlarınızdan fərqli olaraq, siz işğal altında olan bölgədən seçilmiş millət vəkilinin köməkçisisiniz. Bunun asan və çətin tərəfləri hansılardır?

- İşğal altında olan bölgələr arasında Xankəndi yeganə şəhərdir ki, onun rəsmi dövlət qurumu yoxdur. Bizim seçicilərimiz 48 rayon və kənddə məskunlaşıb. Seçki dairəmizin heç bir rəsmi dövlət orqanı olmadığı üçün çətinliklərimiz çoxdur. Seçicilərin problemlərinin ağırlığı yalnız millət vəkili Həvva Məmmədovanın üzərinə düşməsi bizim üçün böyük çətinliklər yaradır.

- Seçicilərin başlıca problemələri nələrlə bağlıdır?

- İlk olaraq ünvanlı sosial yardım, yaşayış şəraiti ilə bağlı çətinlikləri qeyd etmək istərdim. Seçicilərimizin 80-90 faizi dövlət obyektlərində məskunaşıb. Əsas problemlərdən biri də qeydiyyat məsələsi ilə bağlıdır.

- Xankəndindən olan sakinlərin mənzillə təmin edilməsi üçün hansı addımlar atmısınız?

- Bu barədə müəyyən dövlət qurumları qarşısındı məsələ qaldırılıb, ümid edirik tədbirlər görüləcək.

- Bir qədər öncə dediniz ki, Xankəndinin heç bir icra strukturu yoxdur və seçicilərin bütün problemlərilə Həvva Məmədova məşğul olur. Sizcə seçicilər öz millət vəkillərin işindən razıdırlarmı?

- Deməzdim ki, onların bütün problemlərini həll edə bilirik. Əksər çətinliklər zamanı seçicilərimizin yanında olmağa çalışırıq. Məncə onlar öz deputatlarından razılıq edirlər.

- Xanım rəhbərlə işləmək asandır yoxsa çətin? - Həm asandır, həm də çətin. Ona görə asandır ki, qadın rəhbər bir ana kimi problemi daha dərindən qavrayır. Ona görə çətindir ki, xanım rəhbərin verdiyi tapşırıqlar vaxtlı-vaxtında yerinə yetirilməlidir.

- Elə hallar olubmu ki, Həvva xanımın verdiyi tapşırığı vaxtında yerinə yetirməyəsiniz. Əgər olubsa, o, buna necə reaksiya göstərib?

- Yox, belə hallar olmayıb. Mən hansısa məsələni həll edə bilməyəcəyimi hiss edəndə, əvvəlcədən Həvva xanıma xəbər verirəm. O, da bunu normal qarşılayır.

- Deputat köməkçilərilə münasibətləriniz necədir?

- Deputatların 80 faizinin köməkçisi ilə normal münasibətlərim var. Yeganə deputat köməkçisiyəm ki, heç bir yerdə ofisim yoxdu. Buna görə də Həvva xanımla bir otaqda otururam. Elm adamı olduğum üçün çalışıram ki, fürsətdən istifadə edib Həvva xanımın təcrübəsindən də yararlanıram. - Deməli Milli Məclisin yeni istifadəyə verilən korpusuna deputatınızla bərabər siz də köçmüsünüz. -Bəli, bütün deputatlar kimi Həvva xanım da yeni korpusda ayrıca otaqla təmin edilib. Mən də hələlik onun otağında çalışıram. Amma işğal bölgəsindən olan deputat köməkçisi kimi ayrı yerdə ofislə təmin ediləcəyimə ümidliyəm. Bunun üçün müvafiq təşkilatlara müraciət etmişik. - Elmi fəaliyyətiniz deputat köməkçisi işinə təsir etmir ki?

- Yox, elmi fəaliyyətim deputat köməkçisi işinə heç bir mane törətmir. Elmi fəaliyyətlə yalnız asudə vaxtlarımda məşğul oluram.

- Bir çox həmkarlarınız deputat köməkçisi institutunun yeni olduğunu deyib, seçicilərin hələ onları tam qəbul etmədiyini bildirirlər. Bəs sizdə vəziyyət necədir?

- Doğrudan da bu institut təzə-təzə formalaşır. Əvvəllər seçicilərlə iş prosesində çətinliklər lap çox idi. Seçicilər deputat köməkçilərini qəbul etmək isəmirdi. Amma zaman keçdikcə əksər seçici dərk edir ki, deputat köməkçisi seçici ilə millət vəkili arasında bir körpüdür.

- Perspektivdə nə gürünür?

- Elmi fəaliyyətlə məşğul olaraq, xalqıma xidmət etmək istəyirəm. Doktorluq dərəcəsinə qədər yüksəlmək fikrim var.

- Yəqin ki, doktorluq dərəcəsi alacağınız təqdirdə Həvva Məmmədovanın köməkçisi işləməzsiniz?

- Əgər Həvva xanım istəyərsə, mən doktor olsam belə, onun köməkçisi vəzifəsində çalışaram. 

Aqil LƏTİFOV

 

 

 

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir