Modern.az

Atatürk haqqında MARAQLI FAKTLAR:” Xanım mənim xətrimə başınızdakı örtüyü açarsızmı?”

Atatürk haqqında MARAQLI FAKTLAR:” Xanım mənim xətrimə  başınızdakı örtüyü açarsızmı?”

10 Noyabr 2014, 13:47


Bu gün Türkiyə Cumhuriyyətinin banisi və ilk cumhurbaşqanı olan Mustafa Kamal Atatürkün ölümündən 76 il ötür. 1881-ci ildə Salonikidə anadan olan, 1923-cü ildə imkansız şəraitdə yoxdan bir bayraq var edən Atatürk 1938-ci il noyabrın 10-da dünyaya vida deyib. Modern.az Atatürk haqqında olan maraqlı faktları və real həyat hekayələrini sizlərə təqdim edir:

“Mənim torpağım məni kirlətməz”  

Dövlət başçısı seçilən Mustafa Kamal dəniz nəqliyyatı ilə Türkiyənin bir sıra ərazilərinə səfərlər edir. Sahilboyu vilayətlərin birinə də su nəqliyyatı ilə gedən Atatürk sahilə çatarkən sürətli addımladığı üçün azacıq səmtini itirir, lakin barmaqlarını sahil qumuna batıraraq özünü yıxılmaqdan qoruyur. Tez qarşısına qaçıb, bulaşmış əllərini təmizləmək üçün ona yardım etmək istəyirlər. Amma Atatürk bir müddət barmaqlarına baxır və onlara belə cavab verir:   -Bu mənim torpağımdır. O məni heç vaxt kirlətməz”    

“Mən sabahı gəzdirirəm”

Atatürk bir gün Çankayada keçirilən toplantıya tələsirmiş. Sürücüyə də bildirir ki, mümkün olduğu qədər onu iclas olacaq yerə tez çatdırsın, çünki xeyli qonaqlar onu gözləyirdi. Amma keçdiyi yerlərin birində xalq onu böyük izdihamla qarşılayır. Atatürk maşından düşərək qısa müddətli onlara əl edir, hal-əhval tutur. Vaxtın azlığını əsas gətirərək maşına oturmaq istəyir. Elə bu zaman balaca uşaq ağlamağını eşidir. Baxıb görür ki, anasının qucağında toppuş bir uşaq əllərini ona uzadaraq ağlayır. Atatürk ona yaxınlaşıb qucağına alır və yanağından öpür. Uşaq da əllərini maşına doğru uzadır və təkid edib ağlayır. Anası da utana -utana Atatürkə deyir ki, uşağın istədiyi maşındır. Bir söz deməyən Atatürk uşaqla bərabər maşına oturur və onu gəzdirir.iclasa gecikməsinə baxmayaraq uşağı gətirib şəxsən özü anasına təhvil verir. Anası üzürxahlıq edəndə isə o, bu cavabı verir:

-Mən Türkiyənin sabahını gəzdirdim. Bu sabah hər şeydən və hər kəsdən önəmlidir.   

“Mənim xətrimə baş örtüyünüzü açarsız?”    

Bir gün xalq arasında gəzəndə çarşablı bir xanımla qarşılaşır: “Xanım, mənim xatirimə başınızdakı örtüyü açarsızınızmı” deyib. Qadın başındakı yaylığı açaraq, Atatürkün qarşısında əyilib və əllərindən öpüb.                      

Bu rəsmi heç kəsə göstərmə  

Ağır Sakarya vuruşmasından çətin qalibiyyətlə qayıdan Atatürk Türkiyə Böyük Millət Məclisində hesabat xarakterli çıxış edir, problemləri və qarşıdakı çətinlikləri göstərir. Əsas diqqət də ərzaq və maddi təminatın çatışmazlığına yönəldir. Sakaryadsa əsgərlərin və düşmənlərin qida çatışmazlığını diqqətə çatdırır. Amma buna baxmayaraq o, qalib gəlmişdi, məhz bu səbəbdən Məclisə bir rəssam daxil olur və Atatürkə ehtiram nişanəsi olaraq çəkdiyi tablonu  təqdim edir. Tablo Sakarya müharibəsini özündə əks etdirirdi. Burada Atatürk cüssəli, kök bir atın üzərində əzəmətli şəkildə dayanıb. Rəsm əsəri gözəl olduğundan salondakılar onu alqışlayır. Lakin Atatürk qəfildən rəssama deyir: “Bunu başqa kimsə görüb?

Rəssam “xeyr” deyəndə əlavə edir:

-Onda lütfən başqa heç kəsə göstərmə. 

Rəssam tutulur nə deyəcəyini bilmir. Atatürk əlavə edir ki, rəsm kimi gözəl  sənət əsəridir. Amma burada at çox yaxşı , bəslənmiş həmçinin mən də çox gümrah və tox görünürəm. Amma vallahi, belə deyildi. Sakaryada atlar bir dəri, bir sümük, bizlər isə az qla çöpə dönən birisi idik. Bilirsənmi bu nə deməkdir?  

Səhvini anlayan rəssam deyir:- bu rəsm Sakarya vuruşmasının dəyərini aşağı salan bir əsərdir.   Atatürk isə bu sözlərə yalnız gülümsəyir və rəssamın əlini sıxır.      

Atatürk haqqında maraqlı faktlar  

1. Ən çox sevdiyi yemək: Gəncliyindən qalan vərdişlə həyatı boyunca ən çox sevdiyi yemək quru paxlalı plov olub. Şirniyyat sevmirdi, amma hərdən gül cemi yeyirdi.

2. Ən çox sevdiyi kitab: Rəşad Nuri Güntəkinin “Çalıquşu” əsərini həyatı boyunca, hətta cəbhədə belə başucundan ayırmayıb. Hər gün kitabın təsadüfi bir səhifəsini açar və bir neçə səhifə oxuyarmış.   

3. Ən çox sevdiyi heyvanlar: Atlar və  itlər. “Fox” adını verdiyi iti həmişə yatağının ucunda yatardı.  

4. Ən çox sevdiyi rəqs: Ən çox sevdiyi rəqs vals olub. Klassik musiqilərdən əlavə, Anadolu melodiyalarını da dinləməyi sevirmiş.

5. Geyimi: Köynəklərinin hamısı ağ idi. O, köynəklərini əvvəllər İsveçrədə tikdirib, sonralar isə yerli maldan istifadə etmək kompaniyasına əsasən Bəyoğlunda bir dərziyə tikdirib. Kostyumlarının dizaynını həmişə özü hazırlayardı. Göy rəngli kostyum geyinməyi xoşlamırdı.

6. Fiziki göstəriciləri: Boyu 1,74 m olub. Həyatının son dövrlərinə qədər çəkisi 76 kq olub. Amma sonra xəstəliyi artdıqca çəkisi 46 kq-a qədər düşüb. 43 ölçülü qara laklı ayaqqabı geyərdi.

7. Səhər vərdişləri:  Səhər yeməyindən xoşu gəlmirdi. Yuxudan duran kimi otağındakı divanın üzərinə bardaş qurub oturur, günün ilk qəhvəsini içir və siqaret çəkirdi.

Xəstəliyininbaşlanğıcındaonumüayinə edənhəkimFissingergündə neçə paçkasiqaretçəkdiyinisoruşub. Atatürk “səkkiz” deyib.

Həkim məsləhət görüb ki, bundan sonra gün ərzində ancaq bir paçka siqaret çəksin. Bunu eşidən Atatürk gülümsəyərək: “Mən onsuz da gün ərzində ancaq bir paçka siqaret çəkirəm. Bundan sonra bunu sizin icazənizlə edəcəm” deyib.

8. Qəribəliyi:  Getdiyi şəhər və ya kəndlərdə onun üçün qurban kəsilən heyvanlara baxa bilməzdi. Belə vəziyyətdə ya üzünü çevirər, ya da qurbanın kəsilməsinə icazə vermirdi. Cəbhələrdə düşmənlə qarşı-qarşıya döyüşən biri olaraq ən maraqlı xüsusiyyəti döyüş meydanı xaricində qan görəndə halı pisləşirmiş.

Elmin NURİ  

 
Twitter
Sizə yeni tvit var
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər