Modern.az

Həqiqətlər

Həqiqətlər

11 Noyabr 2014, 12:23

Adam özünü başqasının qınağından qoruyur, çünki özünü səhvlərinə bərabər saymaq istəmir.

***

Sosializm – dövlət ağalığı idi, kapitalizm – pulluların ağalığıdır.

***
İnsan təbiətin yırtıcılarını yendi, toplumun yırtıcılarına yenildi.

***
İnamsızlıqda  – gerçəklikdən əskik olursan, inamda – gerçəklikdən yüksək olursan.

***
Ağalıq – iradənin zorakılıq vasitəsinə  çevrilməsidir.

***
İradə zorakılıq vasitəsinə çevriləndə – ağalıq yaranır.

***
İmkan həmişə olur – imkansızlıq isə imkana inanmayanda olur.

***
Yaradıcı – mənanı  araşdıran; araşdırıcı – yaradıcını araşdıran.

***
Kiməsə görə başqasına yaxşılıq edirsən – kiminsə yaxşılığına ortaq oursan.

***
Kiməsə görə başqasına pislik edirsən – kiminsə pisliyinə ortaq oursan.

***
Həyat insana minnət edir, onu suçlu çıxarır və öldürür.

***
Düşünmək – məna yaratmaqdır, düşünməmək – məna uydurmaqdır. 

***
Yetə bilmədiyin sonuc – mənasızlıq yaradır.

***
Sonuna yetə, vara bilmədiyin mübarizə – anlamsızdır.

***
Kapitalizmdə insan həyatı yalnız pulun işlədiyi çevrədə – canlıdır.

Whatsapp
Bizə yazın!
Keçid et
Əli Kərimli və Sevinc Osmanqızının vəziyyəti pisləşib:Komaya düşüblər