Modern.az

Ayaz Mütəllibovdan MESAJ: “Bu, siyasi hoqqabazlıqdır”

Ayaz Mütəllibovdan MESAJ: “Bu, siyasi hoqqabazlıqdır”

12 Noyabr 2014, 12:42

Ermənistanın girov götürdüyü Dilqəm Əsgərov və Şahbaz Quliyevin geri qaytarılmasında heç bir irəliləyiş yoxdur. Aylardır bu məsələyə hüquqi qiymət verilməyib.

Beynəlxalq təşkilatlara edilən müraciətlərə baxmayaraq, Azərbaycan tərəfi girovların taleyindən hələ də narahatdır. BMT, ATƏT, Qırmızı Xaç Komitəsi kimi böyük beynəlxalq qurumlar məsələyə tərəfsiz mövqe sərgiləməkdən qaçır.

Girovlarla bağlı Xankəndində keçirilən qondarma məhkəmə şousunda də azərbaycanlı girovların hansı və necə şəraitdə saxlanmaları bəlli oldu.

Azərbaycanın eks prezidenti Ayaz Mütəllibov məsələylə bağlı Modern.az saytına açıqlama verib.

“Girovlarımızın hələ də geri qaytarılmaması Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həll olunmasını ləngidir. Belə fikir yaradılır ki, rəsmi Bakı Qarabağ məsələsinin sülh prosesinə yaxınlaşmasına təsir edir.

Guya Bakı öz kəşfiyyatçılarını Qarabağ ərazisinə göndərir. Bununla da Azərbaycanın düşmən mövqe sərgilədiyini ortaya qoymuş olurlar. Ən əsası həqiqətə uyğun olmayan böhtanlar danışırlar”.

Eks prezidentin sözlərinə görə girovların geri qaytarılmamasında Ermənistan tərəfinin mövqeyi aydındır. “Girovların Azərbaycana qaytarılmaması siyasi hoqqabazlıqdır. Ermənistan tərəfi ictimai fikri öz tərəfinə cəlb etmək istəyir. Bu məsələnin həllində müvafiq təşkilatları cəlb etmək lazımdır. Müvafiq xarici təşkilatlara, ATƏT-in nümayəndələrinə, BMT-yə, səfirliklərə müraciətlər etməklə yanaşı, ardıcıllıqla özümüz də bu işlə məşğul olmalıyıq. Bu reallıqdır, bununla hesablaşmalıyıq. Buna baxmayaraq, biz öz işimizi davam etməliyik. İndiki zamanın özündə görürük ki, Avropa təşkilatları böhtançılıq mövqeyindən çıxış edərək təzyiq göstərirlər. Bu geosiyasi məsələdir. Məsələn, Ukrayna dövlətini götürək. İki mərkəz öz aralarında dava aparır, nəticəsi isə Ukayna xalqının başında çartlayır. Bu, belədir. Biz də belə geosiyasi məkandayıq. Xoşumuz gəlsə də, gəlməsə də siyasi baxımdan Qərb dövlətləri tərəfindən ölkəmizə geosiyasi prizmadan belə münasibət bəslənilir. Bizim geostrateji, geocoğrafi vəziyyətimiz çox önəmlidir. Mövqeyimiz Yaxın Şərq aləmini qapayıb Xəzərin Şərq tərəfi ilə yaxınlaşmaqdır. (Orta Asiya ölkələrindən söhbət gedir). Ona görə də bu işlərdə Bakının çox böyük əhəmiyyəti var. Fikir verin. Azərbaycana axın edənlərin sayı çoxalır. İndi də Avropa Şurasının baş katibi Turbyorn Yaqland bir qrup nümayəndə ilə Bakıya gəlir. Bunların arasında Azərbaycana qarşı qərəzli münasibət bəsləyən adamlar da var. Ona görə də müvafiq qərarlarımızı çıxarıb ardıcıllıqla işimizi tutmalıyıq”.

 

Namidə BİNGÖL

Whatsapp
Bizə yazın!
Keçid et
SON DƏQİQƏ! İran raketlərlə vuruldu- Anbaan görüntülər