Modern.az

Ermənistan və Qarabağdakı ermənilər təşvişdədir

Ermənistan və Qarabağdakı ermənilər təşvişdədir

13 Noyabr 2014, 12:57



Ermənistan uzun zamandır ki, işğal edilmiş Azərbaycan ərazilərində erməniləşdirmə aparır, necə deyərlər çox sərbəstcəsinə istədiklərini edir.

Hətta iş o yerə çatıb ki, Ermənistan Azərbaycanın işğal edilmiş yerlərində hərbi təlimlər keçirir, bununla Azərbaycana əzələ nümayiş etdirir.

Ancaq ötən gün Azərbaycan hərbçilərinin Ermənistana məxsus hərbi helikopteri məhv etməsi düşmən ölkədə arxayınçılığa son qoyub.

Düzdür, helikopterin vurulması xəbərini ilkin olaraq Ermənistan mətbuatı yaydı. Hər zaman Qarabağ məsələsində zərgər dəqiqliyi ilə işləməyi bacaran, hətta bu ilin iyul, avqust aylarında öz ciddi itkilərini gizlətməyə müvəffəq olan Ermənistan mətbuatının birdən-birə bu xəbəri tirajlaması heç də təsadüfü deyil.

Birinci ondan başlayaq ki, Ermənistan bu xəbəri gizləyə bilməyəcəyinin fərqinə vardı. Bunu nəzərə alan Ermənistan mediası həm də guya “bütün zamanlarda doğru məlumatlar yayır kimi” özünün imicini yaratmağa çalışdı.

Təbii ki, bunu anlamaq o qədər də çətin deyil.

Ermənistanın burada ikinci hiyləgərliyi dünya ölkələrinə Azərbaycanın guya, müharibə istəyində olmağını göstərməkdir.

Ancaq Azərbaycanın Xarici İşlər Nazirliyinin məsələ ilə bağlı bəyanatı düşmən tərəfin arqumentini heçə endirdi.

Ermənistana məxsus hərbi helikopterin Azərbaycan hava məkanından nə işi var idi ki, o da vurulsun...

Erməni mətbuatının üstüörtülü yazılarından və ermənilərin sosial şəbəkələrdəki yazışmalarından, eyni zamanda Ermənistan Müdafiə Nazirliyinin bununla bağlı son bəyanatından məlum olur ki, Ermənistanda ciddi narahatçılıq var.

Yuxarıda qeyd etdiyimiz kimi artıq arxayınlıq geridə qalıb. Üstəgəl Ermənistanın işğal etdiyi Azərbaycan ərazilərində məskunlaşdırılan ermənilər bölgəni tərk etməyə başlayıblar.

Hətta məsələyə ciddi müdaxilə edən rəsmi İrəvan heç bir nəticə əldə edə bilmir.

Zor gücü ilə sadə erməniləri işğal edilmiş Azərbaycan ərazilərində saxlamağın mümkünsüz olduğunu anlayan Ermənistan yeni hiyləyə əl atmağa çalışır: guya Azərbaycan müharibə istəyir, Azərbaycan müharibə tərəfdarıdır.

Helikopter məsələsi Ermənistanın Kəlbəcərdə girov götürdüyü iki azərbaycanlı ilə bağlı göstərdiyi məhkəmə şousunu da heçə endirdi.

İndi həm Ermənistan, həm də Azərbaycan torpaqlarında məskunlaşdırılan ermənilər qçox narahat durumdadır.

Azərbaycanın növbəti əməli addımı Ermənistanı bir qədər də geri otuzduracaq.

Modern.az

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?