Modern.az

Bu gün Azərbaycan - Küveyt

Bu gün Azərbaycan - Küveyt

Təhsil

11 Avqust 2010, 11:20
Bu gün, saat 21:00-da, Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Küveyt milli komandaları arasında yoldaşlıq oyunu keçiriləcək. Qarşılaşmanın baş hakimi Sergey Karasyov (Rusiya) idarə edəcək, onun köməkçiləri Vitali Drozdov, İlya Barışnikovdur (hər ikisi - Rusiya). Dördüncü hakim Anar Salmanovdur (Azərbaycan).

AFFA bəyan edib ki, oyununu işıqlandıracaq mətbuat nümayəndələrinin stadiona daxil olması üçün ayrıca giriş qapısı müəyyənləşdirilib. Mətbuat nümayəndələri Tofiq Bəhramov adına Respublika stadioununun Cənub darvazasından (tablonun sağ tərəfindəki, qonaq komandanın stadiona daxil olduğu qapı istiqamətindəki darvaza) arenaya daxil ola bilərlər.

Oyunu "İdman-Azərbaycan" kanalı canlı yayımlayacaq.

Modern.az
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Bakının qərarı Moskvanı qorxuya saldı - Putinə ikitərəfli zərbə