Modern.az

“Yol polisi jezlanı elə fırladır ki, elə bil sərnişin avtobus saxladır” - EKSPERT

“Yol polisi jezlanı elə fırladır ki, elə bil sərnişin avtobus saxladır” - EKSPERT

18 Noyabr 2014, 12:37


Şəhərin müxtəlif yerlərində yolların təmirə bağlanması sürücülərin və vətəndaşların narazılığına səbəb olur. Bu vurhavurun içərisində ən böyük məsuliyyət yol polislərinin üzərindədir. Yolu keçən piyada da, maşın sürən sürücü də narazı qaldığı hər bir məqamda cavabdeh kimi DYP əməkdaşlarını görür.

Yol polislərini Bakının küçələrində, əsasən də tıxac olan yollarda hər gün görürük. Onların əllərindəki jezlanı hərəkət etdirmələri də diqqət çəkir. Dünya ölkələrində də yol polisləri jezla götürür. Lakin Bakı küçələrində polislər əllərində tutuduqları jezlanı elə hərəkət etdirirlər, sanki kimisə döyürlər.

Necə gəldi fırlayırlar. Görəsən polis işçiləri belə hərəkətlə nəyi göstərdiklərinin fərqindədirlərmi? 

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif  Əsədov Modern.az-a deyib ki, jezla yol hərəkəti haqqında qanunun tələbinə uyğun götürülür. Onun sözlərinə görə, hərəkəti tənzimləyən zaman yol polisi nizamlayıcı qismində olanda mütləq əlində həmin jezla olmalıdır.

V. Əsədov deyir ki, polislərin jezlanı əllərində fırlaması qanunun tələbidir. O, qeyd edir ki, yol hərəkatı haqqında qanunda bu maddə öz əksini tapıb. 

Məlumdur ki, dünya ölkələrinin praktikasında və nəzəriyyəsində bu fəaliyyət mövcuddur. Lakin Azərbaycan polisləri bunu nə dərəcədə doğru edir?

Bu suala cavab verən V.Əsədov polislərin jezlanı düzgün istifadə etdiyini bildirib.

“Yəni jezlanın yuxarı qaldırılması “diqqətli ol” deməkdir, sürəti artırmaq və azaltmaq, istiqaməti sağa və sola yönləndirmək üçün jezla müxtəlif istiqamətlərə fırlanır”.

Hüquqşünas, nəqilyyat sahəsi üzrə ekspert Ərşad Hüseynov məsələyə hüquqi və faktiki tərəfdən  aydınlıq gətirib.
Jezladan düzgün istifadə edilməməsi, kənardan onun qeyri-etik görünməsi yalnız DYP-nin əməkdaşlarının yox, həmçinin sürücülərin problemləridir.
Onun sözlərinə görə, jezladan istifadənin həm hüquqi tərəfi var, həm də bu gün Azərbaycan realığında faktiki tərəfi var. 

“Yol patrulu xidməti haqqında təlimat var. Təlimatda göstərir ki, DYP əməkdaşları yolda xidmət edərkən jezladan istifadə etməlidir. Və burada 3 cür nizami duruş var. Bununla yanaşı, 2 əlavə göstəriş var. Dayanmaq baradə və hərəkəti artırın barədə göstəriş. Yol hərəkəti haqqında qanunda da bu məsələlər öz əksini tapır. Bu iki yerə bölünür: yol hərəkətindəki bütün iştirakçılara ünvanlanan göstəriş,  konkret yol hərəkəti iştirakçlılarına yönələn anlayış.
Hamıya ünvanlanan göstəriş diqqət işarəsidir - jezlanı qaldırırır, başı üzrəində şaquli vəziyyətdə tutur. Və yaxud da jezla yoxdursa, polis əməkdaşı əli ilə də bu hərəkəti tənzimləyə bilər. Müəyyən istiqamətdə hərəkət var. Yəni əllərini yana açaraq dayanır və ya farağat vəziyyətində durur. Sola dönmə işarəsini göstərəndə isə sağ əlini qabağa uzadır və sol əlini yana salır. Dayanma barədə göstəriş isə jezlanı önə foğru uzadır və onu 45 dərəcə bucaq altında aşağıya əyir. Jezlanı əlində fırlatmaq sürəti artırın deməkdir. Bununla yanaşı, həmin təlimatda deyilir ki, DYP əməkdaşları sürücülərin başa düşdüyü siqnallar da verə bilər. Yəni şəraitə uyğun göstərişləri də ünvanlaya bilərlər”.

Ə. Hüseynov məsələnin faktiki tərəfini də izah edib.

“Hazırda Azərbaycanda sürücülərin 99, 9 %-i, DYP əməkdaşların 80% -i nə o işarələri göstərə bilərlər, nə də o işarələrin nə demək olduğunu anlayır. Çünki bu nəzəriyyə tətbiq olunsa da, o işarələr praktikada yoxdur. Ona görə yoxdur ki, sürücü yaxşı başa düşmür. Məcbur qalan polis işçiləri yalın əli ilə göstərirlər. Polis əməkdaşlarının əksəriyyəti bu işarələri bilirlər. Amma onu gözəl anlayırlar ki, bu işarərələri təlimatdakı kimi yolda etsələr, onları heç kim başa düşməyəcək. Elə hərəkət edirlər ki, hamı başa düşsün. Əllərini qaldırıb elə yelləyirlər, elə bil avtobus saxlatdırılar”. 

Ekspert bildirir ki, “Yol hərəkəti haqqında” Qanunda polis əməkdaşılarının öz təhlükəsizliyini qorumaları üçün maddələr əksini tapıb: “Bu baxımdan, polis əməkdaşları yola çıxanda ehtiyatlı olmalıdırlar. Onlar camaat nə başa düşürsə, onu edirlər. Yəni jezladan düzgün istifadə yalnız DYP əməkdaşları ilə yox, həmçinin sürücülərlə bağlıdır”.

Ə.Hüseynov qeyd edib ki, sürücülük vəsiqəsi alanda test imtahanında bu məslələ də əks olunur: “Lakin bəzən vəsiqə almaq üçün imtahan vermirlər və başqa yollarla onu alırlar. Həqiqətən imtahan verənlər bunu bilirlər. Onlar jezla ilə bağlı olan test süallarına cavab verirlər. Sadəcə sonradan öyrəndiklərini təkrarlamırlar deyə, unudurlar”.

 Məltəm TALIBZADƏ 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir