Modern.az

Azərbaycanlı tələbələr ABŞ-da toplanıb - FOTOLAR

Azərbaycanlı tələbələr ABŞ-da toplanıb - FOTOLAR

20 Noyabr 2014, 14:45

ABŞ-ın nüfuzlu ali təhsil müəssisələrindən olan Minnesota Twin Sity Universitetində Azərbaycan Amerika Alyansının təşkilatçılığı ilə Azərbaycanın Milli Dirçəliş Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.

Tədbirin təşkilatçılardından olan Aslan Mansurovun Modern.az-a verdiyi məlumata görə tədbirdə Universitetin professor-müəllim heyəti, tələbələr, digər təhsil müəssisələrinin tələbələri və soydaşlarımız iştirak edib.

Universitetin İqtisadiyyat fakültəsinin tələbəsi İsmayıl Hüseynov tədbir iştirakçılarını və qonaqları salamlayıb, Azərbaycan barədə geniş məlumat verib.

Universitetin Geologiya fakültəsində təhsil alan ARDNŞ təqaüdçüsü Samir Kərimov Azərbaycanın iqtisadi inkişafı barədə danışıb.

Universitetin Kimya mühəndisliyi fakültəsinin tələbəsi, ARDNŞ təqaüdçüsü Aslan Mansurovun dünya şöhrətli siyasətçi, görkəmli dövlət xadimi Heydər Əliyevin keçdiyi şərəfli həyat yolundan və fəaliyyətindən, onun Amerika Birləşmiş Ştatları və Azərbaycanın bəhrələndiyi dostluq əlaqələrinin qurulmasında və Azərbaycanın müstəqilliyinin qorunmasındakı rolundan bəhs edən çıxışı böyük maraqla qarşılanıb.

Carlson Biznes Məktəbinin tələbəsi Orxan Mərdanov Azərbaycan-Amerika əlaqələrindən söhbət açıb.

Tədbirdə milli musiqimiz ifa olunub, milli rəqslərimiz nümayiş etdirilib.

Universitetdə Azərbaycanla bağlı stend təşkil edilib və qonaqlara ətraflı məlumat verilib. Stend çox maraqla qarşılanıb.










Modern.az

Whatsapp
Bizə yazın!
Keçid et
Əliyev Putinlə görüşə gedir