Modern.az

Komitə sədri: “Hər müəllimə uyğun maaş sistemi tətbiq edilməlidir”

Komitə sədri: “Hər müəllimə uyğun maaş sistemi tətbiq edilməlidir”

20 Noyabr 2014, 13:05

“Müəllimlərin, elm adamlarının əmək haqları 150-200 manat artsa, büdcəyə əlavə 800 milyon manata yaxın vəsait lazımdır. Lakin bu vəsaitin mənbələrini müəyyən etmək çətindir”.

Modern.az saytının məlumatına görə, bunu Milli Məclisin Elm və təhsil komitəsinin sədri Şəmsəddin Hacıyev 2015-ci ilin büdcə layihəsinin müzakirəsində deyib. Onun fikrincə, elm sahəsində islahatlar aparmaqla məsələni həll etmək olar.
Komitə sədri deyib ki, müəllimlərin, elm adamlarının attestasiyası vacibdir: “Bununla yanaşı, həftəlik dərs saatlarına da baxmaq lazımdır. Hər müəllimə uyğun ayrıca maaş sistemi tətbiq edilməlidir”.

Aqşin Kərimov

Twitter
Sizə yeni tvit var
Keçid et
İsrail cavab verəcəyini ELAN ETDİ - İranda qorxu var...