Modern.az

Azərbaycan XİN: “Helikopterin vurulması Ermənistan təhlükəsizlik orqanları tərəfindən təşkil edilib”

Azərbaycan XİN: “Helikopterin vurulması Ermənistan təhlükəsizlik orqanları tərəfindən təşkil edilib”

20 Noyabr 2014, 13:23

Azərbaycan Xarici İşlər Nazirliyi 1991-ci ilin 20 noyabr tarixində Xocavənd rayonunun Qarakənd kəndinin yaxınlığında, Ağdam rayonunun Mərzili kəndi ərazisində içərisində Azərbaycan, Rusiya və Qazaxıstanın dövlət rəsmiləri, millət vəkilləri və jurnalistlərin olduğu helikopterin vurulması ilə Ermənistanın təcavüz və terroru dəstəkləyən ölkə olduğunu bir daha bəyan edib.

XİN-nin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Modern.az-a bildirib ki, helikopterin vurulması nəticəsində 22 nəfər faciəli şəkildə həlak olub.
“Aparılmış əməliyyat-istintaq tədbirləri nəticəsində helikopterin vurulmasının Ermənistanın təhlükəsizlik orqanları tərəfindən təşkil edildiyi müəyyən edilib.

Ermənistanın Azərbaycana qarşı işğal və təcavüzünün tərkib hissəsi kimi sonrakı illərdə də Ermənistanın Azərbaycana qarşı terror əməlləri davam etdirilmiş, mülki şəxsləri daşıyan uçuş vasitələrinin vurulması həyata keçirilmiş, nəqliyyat vasitələrində, o cümlədən metroda 30-dan artıq terror aktı təşkil edilmişdir.    

Ermənistan tərəfindən 1991-ci ilin 20 noyabr tarixində Qarakənd faciəsinin törədilməsi sülh təşəbbüsü ilə regiona səfər edən yüksək vəzifəli şəxslər və ictimai-siyasi xadimlərin fiziki məhvi həyata keçirilmiş və münaqişənin ilkin mərhələdə sülh yolu ilə həllinə imkan verilməmişdir. Bu fakt bir daha ona dəlalət edir ki, Ermənistanın əsl məqsədi münaqişənin sülh yolu ilə həllinə imkan verməmək və Azərbaycanın ərazilərini işğal etməkdir.

Bu ənənələrinə sadiq qalan Ermənistan tərəfindən bu gündə münaqişənin sülh yolu həlli ilə əlaqədar hər hansı təşəbbüs irəli sürülən zaman təxribatlara əl atılır və bütün vasitələrlə danışıqlar prosesinə xələl gətirilir”.  

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Paşinyan Qazaxa gəldi - Ermənilər üzərinə hücum çəkdi