Modern.az

“Azəriqaz”dan əhaliyə müraciət: “İşçilərimizə qapını açın, yoxlamaya şərait yaradın!”

“Azəriqaz”dan əhaliyə müraciət: “İşçilərimizə qapını açın, yoxlamaya şərait yaradın!”

Təhsil

20 Noyabr 2014, 14:04

Havaların soyuması dəm qazından boğulmaların sayını artırıb. Qapını döymədən gələn “mavi ölüm” çox amansız və asanlıqla can almaq qabiliyyətinə malikdir. “Azəriqaz” İstehsalat Birliyi qış gəlməmiş təhlükəsizlik tədbirlərinin həyata keçirildiyini dəfələrlə açıqlasa da, dəm qazının qurbanlarının sayı artmaqda davam edir.

Qurumun ictimaiyyətlə əlaqələr şöbəsinin əməkdaşı İbrahim Kərbalayev Modern.az-a deyib ki, dəm qazından boğulmaların əksəriyyəti əhalinin qazdan düzgün istifadə etməməsindən baş verir:

““Azəriqaz” İstehsalat Birliyinin tərkibində qaz avadanlıqlarına, kəmərlərinə və cihazlarına texniki xidmət sahəsi adlanan qrup fəaliyyət göstərir. Həmin qrup mütəmadi olaraq reydlər keçirir. Əksəriyyətin düşündüyünün əksinə olaraq bu reydlərin məqsədi abonentlərin cərimələnməsi üçün nəzərdə tutulmayıb. Bəzən insanlar düşünür ki, hər hansı nöqsan aşkarlanacaqsa, mütləq cərimələnəcək. Bu səbəbdən də işçilərə qapını açmırlar.

Nəzərinizə çatdırım ki, reyd zamanı nöqsan aşkarlanarsa, vətəndaş məlumatlandırılır, akt tərtib olunur və problemin aradan qaldırımasına qədər həmin şəxsin qaz təchizatı dayandırılır. Yalnız aşkar olunan nöqsan aradan qaldırılandan sonra qazın verilişi bərpa olunur”.

İ.Kərbalayev bildirib ki, “Azəriqaz” noyabr ayını təhlükəsizlik ayı elan edib: “Reydlər zamanı qaz xətlərində qüsur aşkarlanmayan evlərə müxtəlif hədiyyələr də təqdim edilir”.

“Azəriqaz” rəsmisi saytımız vasitəilə əhaliyə bir daha üraciət edib: “Əhalidən bir xahişimiz var: işçilərə qapı açsınlar, yoxlamaların keçirlməsinə şərait yaratsınlar ki, sonradan hansısa qəzalar baş verməsin”.

Gülşən RAUFQIZI

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Ukraynadan Rusiyaya ardıcıl zərbələr: Vəziyyət kritikdir