Modern.az

Siyavuş Novruzov: “Özlərini ağsaqqal kimi aparmasınlar”

Siyavuş Novruzov: “Özlərini ağsaqqal kimi aparmasınlar”

20 Noyabr 2014, 14:29

“Biz dəfələrlə ATƏT-in qeyri-obyektivliyinin, Azərbaycanın daxili işlərinə qarışmasının şahidi olmuşuq. Seçkilərdə verdiyi rəylərin şahidi olmuşuq”.
Modern.az saytı xəbər verir ki, bunu Milli Məclisin iclasında YAP icra katibinin müavini, deputat Siyavuş Novruzov deyib.

Onun sözlərinə görə, ATƏT-ə xahiş etmək lazımdır ki, mandatından kənar işlərlə məşğul olmasın:
“Özlərini ağsaqqal kimi aparmasınlar. Azərbaycan xalqının dəyərləri ATƏT-in dəyərlərindən xeyli üstündür. Minsk qrupunun dünənki bəyanatı da onların Azərbaycana qarşı münasibətlərindən xəbər verir”.

Parlamentin spikeri Oqtay Əsədov isə deputatın bu iradlarına münasibət bildirib. Spiker qeyd edib ki, məhz belə hallar olduğu üçün ATƏT-in Bakı ofisinin layihə formasında fəaliyyət göstərməsinə nail olunub.

Qeyd edək ki, bu çıxışlar “Azərbaycan Respublikası Hökuməti ilə Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT) arasında ATƏT-in Bakıdakı Layihə əlaqələndiricisi haqqında” Anlaşma Memorandumunun təsdiq edilməsi barədə qanun layihəsinin müzakirəsi zamanı olub. Sonda layihə qəbul edilib.

Aqşin Kərimov

Whatsapp
Bizə yazın!
Keçid et
Görün İran necə çaşdı- Bakının cavabı nə olacaq?