Modern.az

Azərbaycan əsgəri şəhid oldu

Azərbaycan əsgəri şəhid oldu

20 Noyabr 2014, 15:34

Noyabrın 20-də saat 12.45 radələrində erməni silahlı bölmələri atəşkəs rejimini növbəti dəfə pozublar.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən Modern.az-a verilən məlumata görə, düşmənlə atışmada Silahlı Qüvvələrimizin 1995-ci ildə Astara rayonunda anadan olan əsgəri Əzizov Rüstəm İzzət oğlu döyüş postunda şəhid olub.
Müdafiə Nazirliyinin rəhbərliyi şəhidin valideynlərinə və yaxınlarına dərin hüznlə baş sağlığı verib.

Allah rəhmət eləsin.

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! İranın şəhərlərinə kütləvi zərbələr edilir