Modern.az

Sahib Alıyev: “Həmsədrlərin bu açıqlaması hər bir azərbaycanlıda nifrət doğurur”

Sahib Alıyev: “Həmsədrlərin bu açıqlaması hər bir azərbaycanlıda nifrət doğurur”

20 Noyabr 2014, 16:10

«Minsk qrupuna həmsədrlik edənlərin Ağdam rayonunda vurulan erməni helikopterinin düşdüyü torpaqları "neytral zona" kimi dəyərləndirmələri çox yumşaq, diplomatik etiketi pozmadan desək, onların qətiyyən neytral olmadıqlarının növbəti göstəricisidir».
Milli Məclisin deputatı Sahib Alıyev belə deyib. Modern.az-ın məlumatına görə, deputat bildirib ki, ermənilərin Xocavənd rayonunda Qarakənd üzərində içində bizim yüksək vəzifəli məmurların və jurnalistlərin əyləşdiyi mülki helikopteri vurmalarının 23-cü ildönümü ərəfəsində belə bir açıqlamanın verilməsi hər bir azərbaycanlıda nifrət doğurur.

“Və biz xatırlayırıq ki, içi qadın və uşaqlarla dolu mülki helikopterimiz Şuşadan qalxarkən vurulanda da hamısının gözü kor idi. Onlar Ermənistanda zəlzəzlədən zərər çəkənlərə yardım üçün gedənlərin əyləşdikləri təyyarəmizin İrəvanda bilərəkdən necə qəzaya uğradılıdğını da "görmədilər". Amma öz torpağımızda mövqelərimizə basqın edən hərbi helikopterin vurulmasına az qala göz yaşı tökür, onun düşdüyü yeri neytral zona adlandırırlar”.

S.Alıyevin fikrincə, bu davranış azərbaycanlıları özündən çıxarmağa hesablanıb.

“Qətiyyən emossiyaya varmamalıyıq. Açıq-aydın görürük ki, bü münaqişənin həllini tapmamasının səbəbi ermənilərdən daha çox, özlərini vasitəçi kimi sırıyanların mövqeyilə bağlıdır. Çünki onlar ədalətsiz, qərəzli və məkrlidirlər. Və biz görürük ki, Azərbaycanın güclənməsi onları qıcıqlandırır. Deməli düz yoldayıq. Nahaq yerə bu çətin dövrdə müdafiə xərclərini daha 809 milyon manat artırmadıq. Bundan sonra da hər vəchlə ölkəmizdə əmin-amanlığın olmasına çalışmalı - çünki bunsuz iqtisadi artım ola bilməz, anlamayanlar sadəcə, Ukraynanın əvvəlki və indiki durumunu göz önünə gətirsinlər- heç nəyə baxmadan güclənməliyik. Hər şeyin bir zamanı var, bu gücü tətbiq etmənin də zamanı gəlib çatacaq”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!